Yüksək vəzifəli məmur həbs olundu
Icma.az bildirir, Modern.az portalına istinadən.
Rusiyanın Sənaye və Ticarət Nazirliyinin pilotsuz sistemlər və robototexnika idarəsinin rəis müavini Alla Polovçenya xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Moskvanın Meşanski Rayon Məhkəməsinin məlumatında bildirilir.
Məhkəmə iyulun 29-da Alla Polovçenya barəsində həbs qətimkan tədbiri seçib. O, Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə ilə bağlı 160-cı maddəsinin 4-cü hissəsi ilə ittiham olunur.
Rusiya Sənaye və Ticarət Nazirliyi də TASS-a açıqlamasında Polovçenyanın iyulun 29-da saxlanıldığını təsdiqləyib.
RBK nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, cinayət işi "Gələcəyin Nəqliyyatı" layihəsi çərçivəsində pilotsuz aviasiya sistemlərinin yaradılması proqramı ilə əlaqədardır.
Məlumata əsasən, iş üzrə "Efko" şirkətlər qrupunun top-menecerləri Yekaterina Kustova və Vladislav Romantsev də saxlanılıblar. Onlar xüsusilə külli miqdarda dələduzluqda ittiham edilirlər.
Cinayət işinin istintaqını Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Departamenti aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 30 İyul 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















