Suriyada yüksək vəzifəli məmur həbs olundu
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Suriya vətəndaş müharibəsi boyunca, xüsusən də Əsəd rejiminə sadiq qüvvələr tərəfindən mülki şəxsləri hədəf alan çoxsaylı kimyəvi silah hücumları həyata keçirilib.
Bu hücumların ən dəhşətliləri arasında 2013-cü ilin avqust ayında Dəməşqin Quta ətrafında 1 400-dən çox insanın ölümünə səbəb olan sarin qazı hücumu və 2017-ci ilin aprel ayında İdlibin Xan Şeyxun şəhərində baş verən kimyəvi hücum var.
“Cebheinfo.az” xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi “SANA” Daxili İşlər Nazirliyi mənbələrinə istinadən yaydığı məlumata görə, Suriyada devrilmiş rejim dövründə əsasən sarin qazı olmaqla kimyəvi silahların istehsalına görə məsul olan yüksək vəzifəli məmur həbs edilib və saxlanılıb.
Bəşər Əsəd rejimi dövründə sarin qazı ehtiyatları və kimyəvi silah istehsalından məsul olduğu iddia edilən keçmiş məmurun Latakiya şəhərində tutulduğu bildirilir.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 İyul 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















