Icma.az
close
up
RU
Yüksək vəzifəyə təyin edilən Nicat Məmmədli kimdir? Dosye

Yüksək vəzifəyə təyin edilən Nicat Məmmədli kimdir? Dosye

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Globalinfo.az Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin olunan Nicat Məmmədlinin dosyesini təqdim edir. 

Nicat Məmmədli 1997-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasını, 1999-cu ildə isə BDU-nun (Azərbaycanda siyasi proseslər ixtisası üzrə) magistraturasını fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə BDU-nun dissertanturasına daxil olub. 2010-cu ildə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasını ictimai siyasət ixtisası üzrə bitirib.

1999-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologoya kafedrasında, 2003-2006-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında müəllim işləyib.

2005-2007-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Baş Katibi olub. 2006-2007-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində sosial siyasət üzrə universitet müəllimlərinin təkmilləşdirilməsi proqramında iştirak edib. Həmin müddətdə ARGTMŞ-in BMT-nin Nyu-York qərargahındakı təmsilçisi olub.

Nicat Məmmədli 2007-ci ilin iyun-dekabr aylarında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkilinin (Ombudsman) aparatında uşaq hüquqları bölməsinin rəhbəri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə ABŞ-nin Qərbi İllinoys Universitetinin magistraturasında təhsil aldığı müddətdə həmin universitetdə müəllim assistenti işləyib.

2010-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial infrastrukturun idarə edilməsi şöbəsində böyük mühəndis vəzifəsində çalışmış Nicat Məmmədli 2013-2018-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Nicat Məmmədli 2018-ci ildən Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, nazirinin müşaviri kimi müxtəlif vəzifələrdə çalışıb.

İki monoqrafiya, 50-dən çox məqalə müəllifidir.

***

Bu gün Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin olunacaq.

Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Bildirilib ki, həmin vəzifəyə elm və təhsil naziri Emin Əmrullayevin müşaviri Nicat Məmmədli təyin ediləcək.

N.Məmmədli Bakı Dövlət Universitetinin, ABŞ-ın Kolumbiya və Qərbi İlinoys universitetlərinin məzunudur. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri,  nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov oktyabrın 2-də işdən çıxıb. Həmin vəzifəni hazırda İlqar Bayramlı müvəqqəti icra edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:348
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri