Icma.az
close
up
RU
Yüksək xolesterin zamanı ən zərərli səhər yeməyi Yumurta deyil...

Yüksək xolesterin zamanı ən zərərli səhər yeməyi Yumurta deyil...

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bir çox insanlar səhər yeməyində doymuş yağlarla zəngin, liflə isə kasad qidalar qəbul edir ki, bu da ürək sağlamlığı üçün zərərlidir. Zamanla bu, qanda aşağı sıxlıqlı lipoproteinlərin (LDL), yəni “pis” xolesterinin artmasına səbəb olur və damarların tutulması, infarkt və insult riskini yüksəldir. 
Demokrat.az
xəbər verir ki, bu barədə “EatingWell” yazır.
Məqalədə qeyd olunur ki, uzun illər yumurta xolesterini artıran əsas qida kimi təqdim edilirdi, lakin indi ekspertlər onların balanslı qidalanma çərçivəsində tamamilə çıxarılmamalı olduğunu bildirir.
Bunun əvəzində diyetoloqlar səhər yeməyində ən zərərli seçim kimi donuz əti kolbasasını göstərirlər.
Mütəxəssislər bunun 3 əsas səbəbini izah edirlər:
1. Doymuş yağların yüksək miqdarı
Kolbasada doymuş yağların çox olması LDL xolesterinin artmasına səbəb ola bilər. Bu yağlar qaraciyərin qandan LDL-ni çıxarma qabiliyyətini zəiflədir və zamanla xolesterin səviyyəsini yüksəldir.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 100 qram qızardılmış donuz əti kolbasasında təxminən 9 qram doymuş yağ var.
Amerika Ürək Assosiasiyasına görə, gündəlik kalorinin maksimum 6%-i doymuş yağlardan olmalıdır (2000 kalorilik rasionda təxminən 13 qram).
Tək bir kolbasa porsiyası bu normanın böyük hissəsini təşkil edə bilər.
2. Emal olunmuş ət məhsulu
Tədqiqatlara əsasən, emal olunmuş ətin mütəmadi istifadəsi ürək-damar xəstəlikləri riskini artırır. Bunun səbəbləri arasında iltihab, oksidativ stress və damar divarlarında zədələnmə göstərilir.
Kolbasada olan nitritlər də yüksək temperaturda bişirildikdə zərərli birləşmələrə çevrilə bilər.
3. Digər yağlı məhsullarla birlikdə qəbul edilməsi
Kolbasa adətən pendir, kərə yağı və yağlı souslarla birlikdə yeyilir ki, bu da ümumi doymuş yağ miqdarını daha da artırır.
Diyetoloqlar bildirir ki, emal olunmuş ət gündəlik qida rasionunda əsas məhsul deyil, yalnız nadir hallarda istifadə olunmalıdır.
Sağlam alternativlər
Mütəxəssislər səhər yeməyində daha faydalı seçimlər kimi qızılbalığı və yulafı tövsiyə edirlər.
Qızılbalıq omeqa-3 yağ turşuları ilə zəngindir və ürək sağlamlığını dəstəkləyir. Yulaf isə həll olunan lif (beta-qlükan) sayəsində xolesterinin azalmasına kömək edir.
Hətta gündə 5–10 qram həll olunan lif LDL xolesterinin 5–10% azalmasına səbəb ola bilər.
Həmçinin yumurta da tamamilə qadağan deyil – sağlam insanlar gündə 1–2 yumurta yeyə bilərlər, çünki qidadakı xolesterinin qandakı səviyyəyə təsiri doymuş yağlardan daha azdır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri