Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

“Yüksəliş” müsabiqəsinin qalibləri DİM də olublar

“Yüksəliş” müsabiqəsinin qalibləri DİM də olublar

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, həmçinin gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, görüşdə qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və onların dövlət və özəl sektorda daha effektiv fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçıların indiyədək qazandıqları təcrübə, müsabiqənin yaratdığı imkanlar və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Məleykə Abbaszadənin sözlərinə görə, müsabiqə çərçivəsində tətbiq olunan mərhələlər və qiymətləndirmə mexanizmləri iştirakçıların analitik düşünmə, qərarvermə və idarəetmə bacarıqlarını obyektiv şəkildə üzə çıxarmağa imkan verir. Eyni zamanda, bu cür görüşlər qaliblərin potensialının düzgün istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı qaliblərin karyera yolunda “Yüksəliş” müsabiqəsinin yaratdığı yeni imkanlar, onların müxtəlif sahələrdə bilik və təcrübələrini daha geniş tətbiq etməsi, həmçinin peşəkar mühitdə daha fəal iştirak etmələri ilə bağlı müzakirələr aparılıb. Qaliblərin gələcək fəaliyyətində strateji düşüncə, məsuliyyətli qərarvermə və çevik idarəetmə yanaşmalarının əhəmiyyəti qeyd olunub.

Daha sonra müsabiqənin qiymətləndirmə yanaşmaları və tətbiq olunan metodologiyalar müzakirə olunub. Qeyd edilib ki, çoxmərhələli və kompetensiya əsaslı qiymətləndirmə sistemi iştirakçıların nəzəri bilikləri ilə yanaşı, analitik düşüncə, problem həlletmə və real situasiyalarda qərarvermə bacarıqlarını ölçməyə imkan verir. Bu yanaşma nəticəsində seçilən qaliblərin obyektiv və şəffaf meyarlar əsasında müəyyən edildiyi vurğulanıb.

Sonda qaliblər öz təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Eyni zamanda, iştirakçılar tərəfindən səsləndirilən təklif və fikirlər dinlənilib, onların gələcək fəaliyyət istiqamətləri ilə bağlı tövsiyələr verilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri