Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Yunanıstan dövlət və insan əxlaqını aşdı RƏY

Yunanıstan dövlət və insan əxlaqını aşdı RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sadəcə təyyarəni aşağılamırlar, həm də öz sevinclərini gündəmə gətirirlər

Türkiyə Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C130" tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçisinin kədərini yaşadığı bir vaxtda, Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi sosial media hesabından edilən paylaşım böyük narazılıq yaradıb.

Yunan Hərbi Hava Qüvvələrinin rəsmi hesabında "C130" tipli hərbi təyyarələrin fotoları paylaşılaraq, onların altına "Günün fotosu" qeydi əlavə edilib. Bu paylaşım Türkiyədə və sosial mediada böyük hiddətlə qarşılanıb və istifadəçilər tərəfindən "hörmətsizlik" və "təxribat" kimi qiymətləndirilib. Artan reaksiyalardan sonra Yunan Hərbi Hava Qüvvələri paylaşımı qısa müddət ərzində silib. Daha sonra Türkiyədə şəhid olan 20 hərbçiyə hörmət əlaməti olaraq, Yunan Hərbi Hava Qüvvələrinin komandanı general Dimosfenis Qriqoriadis tərəfindən imzalanmış rəsmi başsağlığı mesajı paylaşılıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib. Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Yunanıstan HHQ-nin paylaşımını pisləyib. Onun sözlərinə görə, Yunanıstan Hərbi Hava Qüvvələrinin “X” hesabında C-130 təyyarəsi barədə paylaşım edənlər məsuliyyətə cəlb olunmalıdır. O deyib ki, C-130 yük təyyarəsi ilə bağlı paylaşım şəhidlərin ruhuna hörmətsizlikdir. Ömər Çelik Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarəsinin fotosunu paylaşmasını pislədiklərini bildirib. AKP sözçüsü Yunanıstan tərəfinin sonradan paylaşımı silməsini düzgün addım kimi dəyərləndirib və əlavə edib ki, təbii fəlakətlər, o cümlədən zəlzələlər zamanı ölkələr bir-birinin köməyinə gəlir və ağrıları bölüşürlər. O, Türkiyə tərəfindən bu paylaşımın səbəblərinin araşdırılmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb etdiklərini qeyd edib: “Həmin iyrənc mesajı yayanlara qarşı lazımi tədbirlərin görülməsini və lazımi cəzaların verilməsini gözləyirik”. Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb. Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu açıqlayıb. 

Yunanıstan tərəfinin hiddət doğuran addımını Sherg.az-a dəyərləndirən politoloq Natiq Miri deyib ki, burada söhbət hərbi texnikadan, onun hansı vəziyyətdə olmasından yox, məhz Afinanın Ankaraya münasibətindən gedir. Ekspert vurğulayıb ki, Yunanıstan sadəcə təyyarəni aşağılamır, həm də hadisəyə görə öz sevincini gündəmə gətirir:

"Bu, düşmən münasibətidir. Eyni aqibətlə sabah Yunanıstan da rastlaşa bilər. Heç kəs bu cür qəzalardan sığortalanmayıb. Ona görə də bu cür yanaşma çox yersiz olmaqla bərabər, həm də açıq düşmənçiliyi ortaya qoyur. Türkiyə buna görə Yunanıstana şifahi nota verib. Bir dövlətin çətin gününə, matəminə sevinmək insanlıqdan uzaq haldır. Əminəm ki, sabah belə hadisə Yunanıstanda yaşanarsa, Türkiyə dövləti qətiyyən bənzər münasibət göstərməyəcək. Bu, dövlət və insan əxlaqına sığışmayan davranışdır".

N.Mirinin sözlərinə görə, Yunanıstanın yanaşması Avropa Birliyi səviyyəsində də tənqid olunmalıdır: "Utanılacaq bir hadisədir. Əminəm ki, atılan bu daş dönüb-dolaşıb Yunanıstanın özünə dəyəcək. Yunanıstan yanlış və qərəzli tərəfdir və etdiyi hər pisliyə görə cavabını misli ilə alacaq. Buna heç kimin şübhəsi olmasın". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri