Icma.az
close
up
RU
Yunis Hüseynov: Azərbaycan İslandiya oyunun taleyi ilk hissədə müəyyənləşdi

Yunis Hüseynov: Azərbaycan İslandiya oyunun taleyi ilk hissədə müəyyənləşdi

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 noyabr, AZƏRTAC

İstərdik ki, komandamız dünənki oyunda xal qazansın. Əfsuslar olsun ki, bu dəfə də məğlubiyyətdən qaçmaq mümkün olmadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiyaya 0:2 hesabı ilə məğlub olduğu matç barədə danışarkən deyib.

Mütəxəssis yığmanın İslandiya qarşısında şanslarının olduğunu, amma bundan istifadə edə bilmədiyini deyib: “İlk hissədə rəqib iki top vuraraq hesabı öz xeyrinə həll etdi və oyunun taleyi birinci yarıda müəyyənləşdi. Əslində, millimizin də imkanları var idi və hesab başqa cür də ola bilərdi. İkinci hissədə isə İslandiya komandası növbəti oyunlara hazırlaşdığı üçün tam gücünü ortaya qoymadı və bu səbəbdən millimiz daha üstün çıxış etdi”.

Veteran futbolçu 2 gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə keçiriləcək qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: “Fransa ilə qarşılaşma da maraqlı və gərgin olacaq. Onlar ötən gecə Ukrayna seçməsinə qalib gələrək mundiala vəsiqəni təmin etdilər. Buna baxmayaraq, Azərbaycan millisinə ciddi yanaşacaqlar. Çünki bütün futbolçular milli komandada çıxış edərkən daha çox məsuliyyət daşıyır, hər oyunda maksimum səylə çıxış edir və nəticəyə nail olmaq üçün bütün imkanlardan yaralanmağa çalışırlar”.

Qeyd edək ki, hazırda Fransa 13 xalla D qrupuna liderlik edir. 7 xala malik Ukrayna və İslandiya müvafiq olaraq, ikinci və üçüncü yerləri tuturlar. Aktivində 1 xalı olan Azərbaycan isə dördüncü – sonuncu pillədədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri