Yutub kanalımı dağıtdılar, mahnılarımı sildilər
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
"Mahnılarımın hamısını yutubdan siliblər. Repertuarımda yer alan "Sevəcəyəm" mahnısını hamı bilir, amma baxış sayı 10 nəfərdir. Bu, necə olub? Əvvəllər mənim saytım var idi. Bütün mahnılarım orada idi".
Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Zaurla Günaydın" verilişində deyib. Müğənni mahnılarının yutubdan silinməsindən danışıb:
"Məcbur oldum ki, mahnılarımı yenidən yutuba yerləşdirim. Sənətimi vurmaq mümkün deyil, amma belə mərdimazarlıq edənlər var. Repertuarımda yer alan “Bayatılar” mahnısı bəstənin müəllifi Eldar Mansurovun rəsmi yutub kanalında var. Onun da baxış sayı milyonlarladır. Mənim kanalımı dağıtdılar. Allah onların cavabını versin"./Axşam.az

Yutub böhrana düşəcək
05 Noyabr 2024 04:48
Yutub Günayı sevindirdi Video
20 Dekabr 2024 10:04
Xumar Qədimova klipimi yutub dan sildirdi
24 Yanvar 2025 01:43
Birbirilərini sildilər
24 Dekabr 2024 01:23
Aygün Kazımova və Kazım Canın yeni dueti yutub kanalında
03 Dekabr 2024 12:53

