Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

“Yuventus” 8ci dəfə rəqibi ilə “sülh”ə razılaşdı

“Yuventus” 8ci dəfə rəqibi ilə “sülh”ə razılaşdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

A seriyasının 14-cü turunda nəzərdə tutulan oyunlardan biri sona çatdırılmadı. Baş tutan matçlarda qeydə alınan nəticələrdən sonra isə “Napoli”nin liderliyinin davam etdirdiyini ilk növbədə bildirək.

Bazar günü Florensiyadakı matçın nəticəsi maraqla gözlənilirdi. Yerli “Fiorentina” çempionatın əvvəlki 7 oyununda maksimum nəticə göstərməklə lideri 28 xalla izləyən 4 komandadan biri idi. Florensiyalılar kimi “İnter”in də hesabında bu qədər xal vardı. Son çempion üçün səfər oyununun asan keçməyəcəyi aydın məsələ idi. Təəssüf ki, ilk hissədə baş verən hadisə matçın dayandırılmasına və bir neçə dəqiqə keçəndən sonra təxrə salınmasına səbəb oldu. Yox, buna azarkeşlərin yolverilməz hərəkət və ya davranışları şərait yaratmadı. 17-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Bove huşunu itirərək qazona yıxıldı. Hakim Daniele Doveri dərhal oyunu dayandırdı və həkimlər 22 yaşlı futbolçuya ilkin yardım göstərməyə başladılar. Bu məqamda futbolçuların Edoardonu əhatəyə almaqla kameraların hədəfinə düşməsinə imkan verməməsi diqqətdən yayınmadı. Onlardan bəziləri göz yaşlarına hakim ola bilmirdi. Bir neçə dəqiqədən, daha dəqiqi 5 dəqiqədən sonra təcili yardım maşını meydana daxil oldu və Bove xəstəxanaya aparıldı.
Qeyd edək ki, “Fiorentina”nın oyunçusu Ranyeri stadionda olan maşının meydana bir qədər gec daxil olmasından narazılığını kəskin şəkildə ifadə etdi: onun emosiyalarını cilovlaya bilməməsi və tibb işçilərindən birinin yaxasından yapışması diqqətdən yayınmadı. Referi Doveri oyunçuların paltardəyişmə otaqlarına yollanmasına qərar verdi. Çox keçmədən matçın rəsmi nümayəndə heyətinin qərarı ilə qeyri-müəyyən müddətə təxirə salındığı açıqlandı. Edoardonun düşdüyü vəziyyət və xəstəxanadakı durumu ilə bağlı yayılan məlumatı da nəzərinizə çatdıraq. İlkin müayinələr nəticəsində onun epileptik ürəktutma keçirdiyi və klinikada sərbəst tənəffüs etdiyi açıqlandı. Xəstəxananın reanimasiya şöbəsində olan gənc futbolçunun mərkəzi sinir və ürək-damar sisteminin ciddi xəsarət almadığı və növbəti müayinələrdən keçiriləcəyi də bildirildi. Bax belə. Çoxlarının səbirsizliklə gözlədiyi “Fiorentina” – “İnter” oyunu ilk hissədəcə yarımçıq qaldı. Yerli mənbələr matçın qalan hissəsinin böyük ehtimalla gələn ilin fevralında keçiriləcəyini xəbər verir.
Turun diqqəti daha çox cəlb edən matçları sırasında “Napoli”nin növbəti qələbəsini qeyd edək. Lider üçün “Torino” ilə səfər oyunu asan keçmədi. İlk hissədə Kvaratsxeliyanın ötürməsi ilə Maktomineyin vurduğu qol nəticəni müəyyən etdi. Yeri gəlmişkən, İtaliyaya yayda “Mançester Yunayted”dən gələn 27 yaşlı şotland yarımmüdafiəçi noyabrın 10-da “İnter” ilə səfər oyununda (1:1) da qapıya yol tapmışdı. Avrokuboklarda çıxış etməyən Antonio Kontenin komandası növbəti çətin qələbə ilə liderliyini davam etdirdi.
Neapolluları cədvəldə müşayiət edən komandalardan “Latsio” Parma səfərindən paytaxta əliboş döndü. Marko Baroninin komandası 1:3 hesabıyla uduzdu. Bununla da romalıların 5 oyunluq qələbə seriyası qırıldı.
“Milan” ardıcıl iki heç-heçədən sonra qalib gəlməyi bacardı. Ölkə nəhəngi evdə “Empoli”ni 3 cavabsız qolla məğlub etdi. İtaliyanı Çempionlar Liqasında təmsil edən “Bolonya” da rəqibi “Venetsiya”ya 3:0 hesabıyla qalib gəldi.
Amma “Yuventus” ardıcıl ikinci dəfə rəqibi ilə heç-heçəyə razılaşdı. Turinlilər Leççedə yerli komandanın güclü müqaviməti ilə üzləşdilər. Amma ədalət naminə Tyaqo Mottanın komandasının son həftələr heyətlə bağlı ciddi problem yaşadığını qeyd etməmək olmur. Leççedə xüsusilə hücum planında çətinlik çəkən qonaqlar ikinci hisədə Kambyasonun zərbəsi ilə hesabı açdılar. Lakin meydan sahiblərinin təzyiqi son dəqiqələrdə bəhrə verdi və matç 1:1 hesabıyla nəticələndi. Bu mövsüm A seriyasında hamıdan çox - 8-ci dəfə rəqibi ilə “sülh”ə razılaşan “Yuventus” liderdən 6 xal geri düşdü.
“Udineze” – “Cenoa” matçı 0:2 hesabı ilə sona çatdı. Qonaqların yeni baş məşqçisi Patrik Vieyra komandasının ilk qələbəsinə sevindi.
14-cü tur
Torino – Napoli 0:1
Maktominey, 31. (25060)
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Lobotka, Zambo Angissa (Folorunşo, 87), Kvaratsxeliya (Neres, 80), Politano (Spinatsola, 75), Lukaku (Simeone, 88).
Milan – Empoli 3:0
Morata, 19. Reynders, 44; 69. (68725)
Milan: Menyan, Ernandes, Tiav, Qabbya (Pavloviç, 75), Emerson, Musa (Çukvueze, 75), Reynders, Fofana (Loftus-Çik, 75), Leao (Kamarda, 84), Pulişiç, Morata (Abraham, 84).
Bolonya – Venetsiya 3:0
Ndoy, 21-p.; 71. Orsolini, 69-p. (24866)
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, De Silvestri (Holm, 50), Moro, Fröyler, Karlsson (Dallinqa, 64), Odqor (Dominqes, 84), Ndoy (Urbanski, 84), Kastro (Orsolini, 64).
Parma – Latsio 3:1
Man, 6. Hac Məhəmməd, 53. Del Prato, 90+1 – Kastelyanos, 81. (22885)
Latsio: Provedel, Luka Pelleqrini, Xila, Romanyoli, Latsari (Maruşiç, 82), Dele-Başiru (Pedro, 46), Rovella (Noslin, 89), Genduzi, İsaksen (Çauna, 65), Zakkanyi, Kastelyanos.
Leççe – Yuventus 1:1
Rebiç, 90+3 - Kambyaso, 63. (27080)
Yuventus: Perin, Danilo, Kalulu, Qatti (Rouhi, 63), Kambyaso, K.Türam (Facoli, 63), Lokatelli, Koopmeyners, Yıldız (Mbanqula, 74), Konseysao (Punyo, 84), Vea.
Kalyari – Verona 1:0
Pikkoli, 75. (16162)
Komo – Montsa 1:1
Engelhardt, 36 – Kaprari, 53-p. (9749)
Udineze – Cenoa 0:2
Pinamonti, 13. Canetti, 68-öz qapısına. (21995)
“Fiorentina” – “İnter” oyunu 17-ci dəqiqədə dayandırılıb və təxirə salınıb.
1. Napoli 14 10 2 2 21-9 32
2. Atalanta 13 9 1 3 34-16 28
3. İnter 13 8 4 1 31-14 28
4. Fiorentina 13 8 4 1 27-10 28
5. Latsio 14 9 1 4 29-17 28
6. Yuventus 14 6 8 0 22-8 26
7. Milan 13 6 4 3 23-14 22
8. Bolonya 13 5 6 2 18-16 21
9. Udineze 14 5 2 7 16-21 17
10. Empoli 14 3 7 4 10-14 16
11. Parma 14 3 6 5 20-22 15
12. Torino 14 4 3 7 16-20 15
13. Kalyari 14 3 5 6 15-24 14
14. Cenoa 14 3 5 6 13-24 14
15. Roma 13 3 4 6 14-18 13
16. Leççe 14 3 4 7 7-22 13
17. Verona 14 4 0 10 17-33 12
18. Komo 14 2 5 7 14-26 11
19. Montsa 14 1 7 6 12-17 10
20. Venetsiya 14 2 2 10 11-25 8
Bombardirlər: Retegi (Atalanta) - 12, M.Türam (İnter), Ken (Fiorentina) - 9, Lukman (Atalanta) - 7.
Növbəti turun oyunları dekabrın 6-9-u aralığında keçiriləcək: İnter - Parma, Atalanta – Milan, Cenoa – Torino, Yuventus – Bolonya, Roma – Leççe, Fiorentina – Kalyari, Verona - Empoli, Venetsiya – Komo, Napoli - Latsio, Montsa - Udineze.
Turun rəqəmi
4 - “Udineze” – “Cenoa” matçında ev sahibləri 85 dəqiqədən çox müddətdə azlıqda oynamalı oldular. Suleymane Ture 4-cü dəqiqədə rəqibə qarşı kobud hərəkətinə görə qarşısında birbaşa qırmızı vərəqə gördü. 21 yaşlı fransalı müdafiəçi cari mövsümdə A seriyasında meydandan ən erkən qovulan futbolçu oldu. Onun bu mövsüm ikinci dəfə belə aqibətlə üzləşdiyini də qeyd edək: Suleymane oktyabrın 30-da keçirilən “Venetsiya” ilə səfər oyununun 53-cü dəqiqəsində də birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.
Turun ulduzu
Ticani Reynders (Milan) - “Milan”ın “Empoli” üzərində inamlı qələbəsində niderlandlı yarımmüdafiəçinin böyük rolu oldu. Hər hissədə bir qol vuran Reynders əla qol hissiyatına malik olduğunu göstərdi. A seriyasındakı debüt mövsümündə meydana çıxdığı 36 oyunda 3 qol vuran 26 yaşlı Ticani artıq cari mövsümdə qapıya bu qədər yol tapıb.
Turun sitatı
Cüzeppe Marotta, “İnter”in prezidenti:

“İndi yalnız 22 yaşlı oğlanın sağlamlığı vacibdi. Matçın nə vaxt keçiriləcəyi haqda düşünmürük.Bu barədə bir müddət sonra düşünəcəyik. İndi isə Bove ətrafında birləşmək lazımdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri