Icma.az
close
up
RU
Yuxu görmək beynin təbii fəaliyyətidir Professor

Yuxu görmək beynin təbii fəaliyyətidir Professor

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Yuxuların rəngli və ya ağ-qara olması xüsusi bir əlamət deyil. Hər iki halda da bu normal sayılır


  Yuxular insan şüurunun maraqlı tərəflərindən biridir. Gördüyümüz yuxular, mənfi, müsbət, bəzən isə çox qarışıq olur. Müxtəlif ölkələrin alimləri yuxuların

mənası, təsiri və şüuraltı ilə əlaqəsini araşdıraraq maraqlı nəticələr ortaya qoyublar. Harvard Universitetinin psixoloqu Deirdre Barrett “The Committee of

Sleep” kitabında yuxuların yaradıcı problem həllinə və ilham mənbəyinə çevrilə bildiyini göstərir.  Amerikalı psixoloq Calvin S. Hall “The Meaning of Dreams” əsərində yuxuların simvolik məzmununu və ümumi simvolların təkrarlanmasını araşdırıb. İngiltərəli psixoloq Ann Faraday isə “The Dream Game” və “Dream Power” kitablarında yuxuların gündəlik problemlərin həllində və şəxsi inkişafda mühüm rol oynadığını bildirir. Neyropsixoloq Mark Solms, “The Neuropsychology of Dreams” əsərində yuxuları beyin və şüuraltı proseslərlə əlaqələndirərək elmi izah gətirir. Yuxuların sirlərinə daha dərindən baxdıqda isə, onların yalnız elm deyil, həm də fəlsəfi məna daşıdığını görürük. Avstriyalı nevroloq və psixoanalizin banisi Sigmund Freud (1856–1939) “Yuxuların Təfsiri” kitabında yuxuların şüuraltındakı gizli istəkləri və qorxuları üzə çıxardığını qeyd edir. Onun fikrincə, yuxuları təhlil etməklə insan öz daxili hisslərini daha yaxşı anlaya bilər. İsveçrəli psixiatr və analitik psixologiyanın yaradıcısı Carl Jung (1875–1961) isə “İnsan və Onun Simvolları” əsərində yuxuları həm şəxsi, həm də kollektiv təcrübələrin simvolu kimi təqdim edir. Jungun düşüncəsinə görə, yuxular bizə daxili gücümüz, balansımız və ruhani inkişafımız haqqında mesajlar verir. Məsələn, yuxuda su görmək Freud üçün daxili emosiyaların təzahürü, Jung üçün isə həyatın axını və dəyişikliklərə hazırlıq mənasını görür. Yuxular yalnız məzmun baxımından deyil, həm də vizual baxımdan fərqlənir. Onların rəngli və ya ağ-qara olması müxtəlif psixoloji və neyroloji izahlarla açıqlanır. Ağ-qara yuxular (monoxrom yuxular) daha çox müəyyən yaş qruplarında müşahidə olunur. Araşdırmalara görə, 55 yaşdan yuxarı şəxslər rəngli medianın təsiri ilə daha az qarşılaşdıqlarından, onların yuxularında rənglər az görünür. Bu, beynin vizual işləmə xüsusiyyəti və yaddaşın fəaliyyəti ilə bağlıdır. Ağ-qara yuxular adətən emosional baxımdan daha zəif təsir bağışlayır, çünki rənglər duyğuların gücünü artıran əsas amildir. Rəngli yuxular isə daha canlı və emosional təsirə malikdir. Onlar şüuraltının daha açıq vəziyyətini göstərir və insanın emosional dünyası haqqında ipucları verir. Rənglərin mənası da müxtəlifdir: qırmızı - həyəcan, ehtiras, təhlükə; mavi  - sakitlik, dərinlik, tənhalıq; yaşıl - təbiət, harmoniya, yenilənmə; sarı - zehinlilik, diqqət, narahatlıq. Beləliklə, rəngli yuxular insanın duyğularını daha parlaq əks etdirir, ağ-qara yuxular isə şüuraltının qorunma mexanizmi kimi daha sakit və emosiyasız görünə bilər. Onlar bir tərəfdən beynin gündəlik fəaliyyəti və yaddaş prosesi ilə bağlıdırsa, digər tərəfdən insanın şüuraltı qorxularını, ümidlərini və gizli hisslərini üzə çıxarır. İstər ağ-qara, istərsə də rəngli yuxular insanın daxili dünyasının ifadəsi olaraq, hələ də tədqiqatçıların və sadə insanların maraq dairəsindən kənarda qalmır. 


Yuxular barədə Sherg.az-a professor Adil Qeybulla da danışıb. O, bildirir ki, ümumiyyətlə yuxu və beynin yuxu yaratması prosesi daha çox yuxunun erkən  - tez fazasında baş verir.  Bu faza REM fazası adlanır. Bununla yanaşı, dərin yuxu mərhələlərində də qısa yuxugörmələr mümkündür . Belə yuxular cəmi bir neçə saniyə davam etsə də, insan onları uzun bir proses kimi xatırlayır. Yuxu zamanı insanın duyğu orqanları ilə bağlı müxtəlif fəaliyyət nümunələri yaranır: səs, qoxu, görmə, dad kimi təsirlər göz önünə gələ bilər. Hətta reallıqda mövcud olmayan yalnız təxəyyülün məhsulu olan səslər təsvirlər, söhbətlər də ola bilər. Bəzən insan başqa birinə aid hissləri də yuxuda yaşaya bilir. Bunlar beynin sensor sistemlərinin normal fəaliyyətinin nəticəsidir. Yuxuların rəngli və ya ağ-qara olması xüsusi bir əlamət deyil. Hər iki halda da bu normal sayılır, yəni bu xurafatçılıq kimi qəbul olunmamalıdır. Yuxu beynin təbii fəaliyyətidir.  Adil Qeybulla qeyd edir ki, yuxu insan beyninin tormozlanma və istirahət dövrü üçün çox vacibdir. Buna görə də, insan gün ərzində ən azı 8 saat yatmalıdır. Ən yaxşısı isə bu yuxunun 6 saatdan az olmamasıdır. Təəssüf ki, müasir dövrdə bu qaydaya əməl etmək çətindir. Amma bu bu sağlamlıq üçün çox önəmlidir. Çünki insan oyanıq dövrdə daha fəal olur və informasiya qəbul edir beyin intensiv işləyir. Bu zaman beyində toplanan həddindən artıq  informasiyalar yuxu prosesində emal olunur və nəticədə yuxular formalaşır.


İlahə Həbib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:543
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri