Icma.az
close
up
RU
Avtomobildə mikro yuxu faciə gətirir PROFESSOR

Avtomobildə mikro yuxu faciə gətirir PROFESSOR

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xüsusilə gecə vaxtı və uzun məsafələrə çıxan sürücülər müəyyən fasilələrlə istirahət etməlidirlər

Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilib.

Qeyd edilib ki, hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur.


Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri

– yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə,

– soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa,

– uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısa müddətli fasilə verməyə,

– alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır: 

"Unutmayın, sükan arxasında bir anlıq yuxululuq bir ömürlük peşmançılığa səbəb ola bilər".

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunda göstərilir ki, sürücülərin yuxulu halda yola çıxması tövsiyə edilmir. Dövlət Yol Polisi də bu haqda dəfələrlə sürücülərə xəbərdarlıq edir. Ancaq qanunda vətəndaşların yuxulu halda sükan arxasına keçmələri ilə bağlı heç bir cəza nəzərdə tutulmayıb. 

Bəzi sürücülər isə məsələnin ciddiliyini başa düşmür, edilən xəbərdarlıqlara baxmayaraq, yuxulu, içkili halda yola çıxır, təyin edilən sürət limitinə məhəl qoymur, təhlükəsizlik kəmərindən istifadə etməyi özlərinə lazım bilmirlər. Mütəxəssislər də qeyd edir ki, sürücü uzun müddət sükan arxasında olduqda onun yuxulama ehtimalı artır və reaksiyası azalır. Bu da ciddi qəzaların olmasına səbəb olur. Bu kimi halların qarşısını almaq üçün dünyanın bir çox yerlərində tətbiq edilən beynəlxalq normativlər var. Sürücü gün ərzində 8 saatdan artıq işləməməlidir. Həmin 8 saatlıq iş rejimi də fasilələrə bölünür. Fasiləsiz 4 saatdan artıq maşın sürmək olmaz. Əsas normativlər budur.


Yuxusuzluq səbəbilə baş verən qəzaların artmasını  narahatlıq doğuran bir hal kimi dəyərləndirən professor Adil Qeybullanın sözlərinə görə, sükan arxasında yuxulama hadisələri birbaşa olaraq orqanizmin bioloji ritminin pozulması ilə əlaqəlidir.


Həkim Sherg.az-a  açıqlamasında qeyd edib ki, uzun müddət yuxusuz qalmaq və yorğun vəziyyətdə avtomobil idarə etmək insanın reaksiya qabiliyyətini kəskin şəkildə zəiflədir. Bu isə qəzalara yol açan başlıca amillərdəndir. Sürücülər arasında bu məsələ ilə bağlı maarifləndirmə gücləndirilməlidir. Xüsusilə gecə vaxtı və uzun məsafələrə çıxan sürücülər müəyyən fasilələrlə istirahət etməlidirlər. 

A. Qeybulla həmçinin bildirib ki, orqanizm yuxu və istirahətə tabe olan sistemdir. Süni yollarla  məsələn, kofein və ya enerji içkiləri ilə ayıq qalmağa çalışmaq qısamüddətli effekt versə də, riskli davranışdır. Belə hallarda mikro yuxu deyilən ani yuxulamalar baş verə bilər ki, bu da saniyələr içində faciəyə səbəb ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyul 2025 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri