Icma.az
close
up
RU
Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir?

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir?

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toronto Universiteti və Baycrest Tədqiqat və Təhsil Akademiyasının Rotman Tədqiqat İnstitutunun alimləri yuxunun real dünya təcrübələrinin yadda saxlanmasına təsirini araşdırıblar.

“Nature Human Behavior” jurnalında dərc olunan tədqiqatın nəticələri göstərir ki, yuxu təkcə yaddaşı qorumaqla kifayətlənmir, həm də hadisələrin ardıcıllığını yadda saxlamağı aktiv şəkildə gücləndirir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmada iştirakçılar “Baycrest Turu” adlanan immersiv incəsənət ekskursiyasına qatılıblar. Bu tur zamanı onlar müxtəlif sənət əsərlərini müşahidə edib və audio bələdçi vasitəsilə əsərlər haqqında məlumat alıblar. Sonra onların yaddaşı müxtəlif intervallarla – ekskursiyadan dərhal sonra bir gün, bir həftə, bir ay və bir ildən sonra test edilib. İştirakçılardan gördükləri sənət əsərlərinin detalları (məsələn, rənglər) və ekskursiya zamanı onların ardıcıllığı haqqında suallara cavab vermələri istənilib. Tədqiqatçılar müəyyənləşdiriblər ki, bir gecəlik yuxu iştirakçıların hadisələrin ardıcıllığını daha dəqiq xatırlamasına kömək edir. Yaddaşda bu güclənmə təsiri uzunmüddətli olub və bir ildən sonra da davam edib. Eyni zamanda, iştirakçıların detal yaddaşı zamanla zəifləyib. Maraqlıdır ki, ekskursiyadan sonra yuxusuz qalan iştirakçılarda ardıcıllıq və detal yaddaşı eyni dərəcədə azalıb. Tədqiqat çərçivəsində iştirakçıların bir qismi ekskursiyadan sonra yuxu laboratoriyasında yataraq beyin fəaliyyətləri izlənilib. Bu təhlillər də yuxunun yaddaşın möhkəmlənməsinə aktiv töhfə verdiyini göstərib. Yuxunun yalnız yaddaşın tənəzzülünü ləngitmək deyil, eyni zamanda, onun strukturunu yaxşılaşdırmaq potensialı olduğu müəyyənləşib.

Araşdırmanın müəlliflərindən biri, psixoloq Brayan Levin, nəticələrin yuxunun yaddaş mexanizmlərinə təsirini daha dərindən anlamağa imkan verdiyini bildirib. Tədqiqat qrupu gələcəkdə yuxunun emosional və travmatik yaddaşa təsirini, eləcə də sərbəst xatırlama və tanıma kimi fərqli yaddaş testləri üzərindəki rolunu araşdırmağı planlaşdırır.

Bu tapıntılar yuxunun təkcə beynin dincəlməsi üçün deyil, həm də gündəlik təcrübələrin yadda saxlanmasını gücləndirmək üçün vacib olduğunu göstərir.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri