Icma.az
close
up
RU
Yuxumuz fəsillərlə necə dəyişir? HƏKİM YAZIR

Yuxumuz fəsillərlə necə dəyişir? HƏKİM YAZIR

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fəsillərin dəyişməsi təkcə əhvalımıza, həyat tərzimizə deyil, həmçinin yuxumuza və vərdişlərimizə də təsir göstərir.

Səbəbi çox sadədir: səhər işığı bədənimizə nə vaxt oyanmağımız barədə siqnal verir, səmanın qaralması və temperaturun  düşməsi bədənimizə yatmaq vaxtının gəldiyini bildirir.Bu amillər dəyişdikcə və siz bu dəyişikliyə hazır deyilsinizsə, bu həqiqətən yuxunuzu poza bilər. Bu mövsümü dalğalanmalardan xəbərdar olmaqla  yuxu dəyişikliklərini qabaqlamaqla yuxu pozulmalarının qarşısını ala bilərik.

Yaz allergiya və işığın miqdarının dəyişəlməsini gətirir.

Bahar çoxlu dəyişikliklər vaxtıdır. Çiçəklər açdıqca və aprel leysanları ağaclardan tozcuqları aşağıya saldıqca gecələr allergiyani ağırlaşdıra bilir. Polen  gecələr öskürək və asqırıq yaradır, bu da öz növbəsində yuxunu pozur.

Bədənimizdə işıqdan qaranlığa keçdiyimiz zaman ifraz olunan melotonin bizi yuxuya hazırlayır. Axşam saatlarında əlavə işığa məruz qalma təbii sikadiyalı ritmimizi pozur və melotonin ifrazını gecikdirir. Bu isə öz növbəsində bədənimizin ritmini və yuxu  vaxtının gəlməsi anlayışınıdəyişdirə bilir.

Qabaqcadan necə planlaşdırmaq olar?

Yayda işığın yuxumuza təsir etməməsini təmin etməyin sadə yulu, vaxt dəyişikliyinə qədər olan həftələrdəyuxu vaxtınızı yavaş-yavaş tənzimləməkdir. Bunun bir yolu vücudunuzun qarşıdakı vaxt dəyişikliyinə hazır olmasına kömək etmək üçün bir-iki həftə yarım saat evvəl yatmağa başlamaqdır.

Allergenlə bağlı problemı aradan qaldırmaq üçün , paltarlarınızı tövsiyyə olunan ən isti temperaturda yumaq və həftədə bir dəfə yatağınızı dəyiştirmək lazımdır. Yataq otağınızı tozsoranla və yaşəsgi ilə təmizləmək sizin tozla təmasınızı azalda bilər. Nəhayət polen miqdarının çox olduğu dövrlərdə çöldə keçirdiyiniz zaman miqdarını azaldın.

Yay günəşi yuxu cədvəlini pozur

Yayda həddindən artəq günəş işığına məruz qalmaq oyaq qalmağınızın müddətini artırır. Xüsusən gece saat 22-də günəşin gec batdığı zamanlarda daha uzun gündüz saarları və artan istilik səbəbilə yuxumuz çətinləşir.

İşıq kimi temperatur da bədənimizin yuxu vaxtının gəldiyini bildirməkdə və melotonin ifrazı ilə üst-üstə düşməsində rol oynayır. Temperaturun artması yuxuya getməməzi şətinləşdirə bilər. Tədqiqatçılar qeyd edirlər ki, xüsusən rütubətli istilik bədənin termal yükünü artırır və gecə boyu daha çox oyaq qalmanıza səbəb olur.Ətraf mühitin istiliyi ürək göyünməni artırır pis yatmağımıza təsir edir.

Bu dəyişikliklər yavaş dalğa yuxusunu azalmasına , duyğuların və öyrənilənlərin işlənməsi üçün vacib olan mərhələlərin pozulmasına səbəb olur.

Qarşısını necə almaq olar: Əgər işığa həddindən artıq məruz qalma əsas probleminizdirsə, yataq otağınızın pəncərələrini qalın, işıqkeçirməyən pərdələrlə bağlayın. Onları yalnız oyanmaq istıdikdə açın. Qaranlıq pərdələri otağınızı həm qrtıq işıqlanmadan qoruyur, həm də sərin saxlamağa köməklik edir.

İstidən müdafiə üçün kondinsionerdən və sərinkeşdən istifadə edin. Yataq örtüklərinizi 100%-li pambıqdan edın.  Yatmazdan əvvəl sərin duş alın.

Payız da yaz kimidir, lakin daha rahatdır

Payızda daha az işığa məruz qalma gündüz yuxululuğuna və ləngliyə səbəb ola bilər.

Mütəxəsssislər bildirirlər ki, ertəsi gün yuxu ətalətinə və süstlüyə səbəb olacaq həddindən artəq yuxudan  çəkinin.

Bəziləri payızda yuxusunun yaxşılaşdığını söyləyirlər. Bunun səbəbi havanın temperatururnun düsməsinin daha rahat və dərin yuxuya səbəb olmasıdır.

Qarşısını almaq üçün: İşığa məruz qalmağı maksimuma çatdırmaq lazımdır. Mümkün olduqca çölə çıxın. Gün ərzində, xüsusən də səhər saatlarında günəşə yetərincə məruz qaldığınıza əmin olun.  

Qış yuxu mübarizəsi ola bilər

Dörd fəsildən ən çox qış yuxu problemi yarada bilər. Şimal hissələrdə yaşayanlarda işıqlı saatlar 12 saatdan az olur, bu isə insanların daha az işığa məruz qalmasına səbəb olur.  Gündüzlərin qısalması  təkcə yuxuya təsir etmir, həmçinin mövsümi depresiyanın yaranmasına səbəb olur. Mövsümi depresiya beyniumiz gecə ilə gündüzü fərfləndirməkdə çətinlik çəkdiyi zaman baş verir.

Qışda əhalinin 6%-nə təsir edən bu əhval pozğunluğunda bir çox insanlar hipersomniya və  ya çox yatmaqdan əziyyət çəkirlər.

Qabaqcadan necə planlaşdırmaq olar: Sağlam yuxu vərdişlərini bərpa etməyin bir yolu parlaq işıq terapiyasından istifadə etməkdir. D vitamini əlavələrinin edilməsi də kömək edə bilər, çünki qışda D vitamınındə azalma müşahidə edilir.

Temperatur, işıq və vaxt çox vaxt bizim nəzarətimizdən kənarda olsa da , bəzən onların yuxumuzu necə poza və asanlaşdıra biləcəyini bilmək mükənməl yuxu mühitini yarada bilməmizə kömək edir.

Nevroloq Sevinc Mir Seyid
Milli.Az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri