Yuxusuz qalanlar neqativ fikirlərdən qurtula bilmir
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
Yeni tədqiqat
Yuxusuzluq bizi narahat edən fikirləri qovmağı çətinləşdirir.
Tədqiqatlar göstərib ki, yuxu zamanı özünü yeniləyən prefrontal korteks arzuolunmaz xatirələri idarə etməkdə mühüm rol oynayır.
REM yuxusu beynin narahatedici xatirələri bloklamaq qabiliyyətini aktivləşdirən prosesdir. Müddət nə qədər çox olsa, proses bir o qədər prefrontal korteksin nəzarət mexanizmlərini gücləndirir.
Yuxu problemləri depressiya, narahatlıq və travma sonrası stress pozuntusu kimi psixi xəstəliklərlə əlaqələndirilir. Araşdırmalara görə, yuxusuzluq həm də yaddaşın idarə edilməsində problemlərə və emosional balanssızlığa səbəb ola bilər.
Tədqiqatda 85 sağlam insan iştirak edib. İştirakçılar arzuolunmaz xatirələri boğmağa çalışarkən onların beyin şəkilləri götürülüb. Onların yarısı rahat yatıb, digər yarısı isə gecəni yuxusuz keçirib. Yatan iştirakçılar fikir və emosiyaları idarə edən sağ dorsolateral prefrontal korteksdə daha çox aktivlik göstərib. Oyaq qalanlar isə yaddaşın bərpası ilə əlaqəli olan hipokampusda daha çox aktivlik göstərib. Təqdimat Clinical Psychological Science jurnalında dərc edilib.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















