Icma.az
close
up
RU
Yüz illik ədavət...

Yüz illik ədavət...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada qaynar nöqtələrin biri də artıb. Söhbət Tailand ilə Kamboca arasında köhnə ədavətin yenidən qızışmasından və silahlı toqquşma müstəvisinə keçməsindən gedir. Artıq bir neçə gündür ki, oradan həyəcanlı xəbərlər gəlir. Qarşılıqlı hücumlar nəticəsində hər iki tərəfdən onlarla hərbçi və dinc sakin həyatını itirib. Nə baş verir? Kamboca və Tailand uzun sürən müharibəyə səhnə ola bilərmi?

Kamboca və Tailand atəşkəs haqqında razılığa gəlib
Yelisey Sarayının səpdiyi zərərli toxumlar

Tailand və Kamboca aralarındakı sərhədlə bağlı yüz ildən çoxdur ki, bir-biri ilə ədavətdədirlər. Onlar arasında dəfələrlə bu zəmində qanlı toqquşmalar baş verib. Ədavətin kökü isə Fransanın müstəmləkəçilik tarixinə söykənir. Belə ki, Tailand və Kamboca arasında 817 kilometrlik sərhədin əksər hissəsi qeyd olunan ərazilərin Fransanın müstəmləkəsi altında olduğu dönəmdə çəkilib. Sərhəd xətlərinin Yelisey Sarayı tərəfindən müəyyənləşdirilməsi sonu görünməyən ədavətin əsasını qoyub. Xüsusilə də Preahvihear məbəd kompleksi və onun yerləşdiyi 4.6 kvadrat kilometr ərazi hər iki tərəfdən mübahisələndirilir. XI əsrdə inşa edilən bu məbəd Kamboca ilə Tailand sərhədinə yaxın yerdə yerləşir və hər iki ölkə bu əraziyə iddia edir. 1962-ci ildə Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi bu məbədin Kambocaya məxsus olduğu barədə qərar qəbul etsə də, Tailand bununla razılaşmır və əraziyə iddialarından geri çəkilmir. 2008-ci ildə Kambocanın Preahvihear məbədini UNESCO-nun irs siyahısına daxil etdirməyə çalışması iki ölkə arasında gərginliyi yenidən alovlandırmış və bu hadisə Tailandda kütləvi etirazlara səbəb olmuşdu. Lakin bu etirazlara baxmayaraq, Kambocanın istəyi təmin olunub. Preahvihear 2011-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Abidəyə sahiblənmək uğrunda sərhəddə mütəmadi qaydada toqquşmalar qeydə alınır və nəticədə hər iki tərəf itkilər verir.
Sonu görünməyən ədavət nəzərə alınmaqla hər iki ölkə silahlanma, hərbi xərclərini artırmaq və sərhəd xəttini gücləndirmək siyasəti həyata keçirir. Statistikaya nəzər saldıqda üstünlüyün Tailand tərəfində olduğu görünür. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına əsasən, Tailand ordusunda 361,000 aktiv hərbçi var - bu, Kambocanın gücünü 3 dəfə üstələyir. Bundan başqa, Tailandda 11 müasir “Gripen” qırıcısı, onlarca F-16 və F-5 döyüş təyyarəsi, ABŞ istehsalı “Cobra” hücum və “Black Hawk” transport helikopterləri mövcuddur. Həmçinin Tailandın arsenalında 600-dən çox artilleriya qurğusu var - Kambocada bu göstərici 400-ə yaxındır, əksəriyyəti də köhnədir. Bununla yanaşı, Tailand ABŞ-ın müttəfiqi sayılır. Arsenalında əsasən Rusiya silahları olan Kambocanın hərbi büdcəsi isə Tailanddan 15 dəfə azdır. Əhali sayına görə də Tailand Kambocanı üstələyir. Belə ki, Kambocanın 17, Tailandın isə 71 milyon əhalisi var.

Hər iki tərəfdən artan qarşılıqlı ittihamlar

Kamboca ilə Tailandın münasibətləri bir qayda olaraq “kövrək sülh” kimi dəyərləndir?lir. Yəni nisbi sabitliyin genişmiqyaslı münaqişəyə çevrilməsi üçün kiçik bir səbəb də kifayətdir ki, bu da qarşılıqlı etimad mühitinin olmamasından qaynaqlanır. Hazırkı toqquşmaların səbəbi isə iyulun 16-da Tailand əsgərinin mina partlayışında ayağını itirməsi ilə başlanıb. İyulun 24-də iki ölkə arasındakı mübahisəli sərhəd ərazidə insident daha da kəskinləşib. Tailand tərəfi iddia edir ki, kambocalı əsgərlərin ərazidə yaxın vaxtlarda basdırdığı minanın partlaması nəticəsində 5 hərbçi yaralanıb. Tailand Kambocanın bu addımının Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Konvensiyasına (Ottava Konvensiyası) zidd olduğunu bəyan edib.
Kamboca isə bu iddiaları rədd edərək, mina insidentinin tailandlı əsgərlərin qarşılıqlı razılaşdırılmış patrul marşrutlarından uzaqlaşması nəticəsində baş verdiyini bildirib. “Kamboca dəfələrlə Tailand tərəfinə bu ərazilərdə hələ də zərərsizləşdirilməmiş bir çox mina və müharibə qalıqlarının olduğunu xatırladıb və 2000-ci il Anlaşma Memorandumunda göstərildiyi kimi qarşılıqlı razılaşdırılmış patrul marşrutlarına zidd hərəkətlərdən çəkinməyə çağırıb”, - deyə Kamboca Müdafiə Nazirliyinin rəsmisi general-leytenant Mali Soçeata bildirib.
Medianın məlumatına görə mina insidentindən sonra mübahisəli ərazidə iki ölkənin hərbçiləri arasında atışma olub. Tailand tərəfdə yaşayış məntəqəsinə mərmilərin düşməsi nəticəsində 12 mülki şəxsin ölməsi, habelə Tailand hərbi təyyarələrinin Kamboca ordusunun 2 postunu dağıtması barədə xəbərlər yayılıb.
Bölgədə vəziyyət anındaca gərginləşib. Kambocanın Baş naziri Hun Manet BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Tailandın “aqressiyasını dayandırmaq üçün” təcili iclas çağırılmasını tələb edib.
Baş nazir Hun Manet BMT Təhlükəsizlik Şurasının prezidenti Asim İftixar Əhmədə ünvanladığı məktubda bildirib ki, Tailand silahlı qüvvələri Kamboca mövqelərinə “əsassız, əvvəlcədən planlaşdırılmış və məqsədli hücumlar” həyata keçirib. O, Tailandı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib və kambocalı əsgərlərin yalnız özünümüdafiə məqsədilə cavab verdiyini bəyan edib.
Tailand Xarici İşlər Nazirliyi isə Kambocanı Tailand ərazisində mina yerləşdirməkdə və mübahisəli sərhəd boyunca mülki əhalini hədəf alan raket hücumları həyata keçirməkdə günahlandırıb. Nazirliyin bəyanatında deyilir: “Kral Tailand hökuməti Kambocanı məsuliyyətə cəlb etməyə, mülki və hərbi hədəflərə hücumları dərhal dayandırmağa çağırır.”
Tailand Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, Kambocanın hücumları nəticəsində azı 11 mülki vətəndaş həlak olub, onlarla insan yaralanıb. Raketlərdən biri Sisaket vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinə düşüb. 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Sosial şəbəkələrdə yayılan kadrlarda mağazanın dağıldığı, pəncərələrin sındığı, tüstü içində kömək gözləyən insanların görüntüləri yer alıb.
Eyni zamanda, Kambocanın Tailandla sərhəddə yerləşən Oddar Meançey əyalətində sərhəd münaqişəsinin kəskinləşməsi səbəbilə 30 minə yaxın insan öz evlərini tərk edib. Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, məcburi köçkünlərin sayı artıq 8 000 ailəni ötüb. Rəqəmlər hər ötən gün dəyişir və daha çox insan həyatını, ev-eşiyini itirir. BMT Baş katibinin mətbuat xidmətinin təmsilçisi Stefani Trembley daha əvvəl bildirmişdi ki, münaqişə nəticəsində Tailandda 131 mindən çox, Kambocada isə 4 mindən çox insan evlərini tərk edib.
Silahların işə salınması, qarşılıqlı artileriya hücumları diplomatik müstəvidə də gərginliyi artırıb. Tailand iki ölkə arasında sərhəd gərginliyindən sonra Kamboca ilə diplomatik əlaqələri məhdudlaşdırmaq qərarına gəlib.Tailandın Baş nazirinin ofisi ölkənin xarici işlər naziri Phumtham Veçayaçaya Kambocadakı səfiri geri çağırmaq, bu ölkənin Tailanddakı səfirini isə ölkədən çıxarmaq barədə tapşırıq verib. Bundan başqa, Tailand Kamboca ilə bütün sərhəd-keçid məntəqələrini bağlayıb.
Kambocanın buna cavabı da adekvat olub. Xarici İşlər Nazirliyi ölkənin Tailanddakı bütün diplomatik heyətini geri çağırıb.

Trampın sülh çağırışı, hər iki tərəf danışıqlara hazır olduğunu bildirsə də, silahlar susmur

ABŞ-ın yeni administrasiyası Tailand ilə Kamboca arasında atəşkəsə nail olmağı Vaşinqtonun dünya nizamının müəyyənləşdirilməsində qlobal liderliyini təsdiqləmək üçün daha bir fürsət kimi dəyərləndirir. Əslində, Ağ Evin münaqişəni səngitmək üçün kifayət qədər geniş imlkanları var. Təkcə belə bir faktı xatırlatmaq yerinə düşər ki, ABŞ ilə Tailand kifayət qədər sıx əməkdaşlıq münasibətlərinə malikdirlər. Paralel şəkildə, Vaşinqtonun Kambocanı da tarif siyasəti ilə ram etməsi asan bir məsələdir. Öz imkanlarını dəyərləndirən Donald Tramp məsələ ilə bağlı hər iki ölkənin baş nazirləri ilə telefon danışığı aparıb və bu danışıqlardan nikbin təəssüratlarını bölüşüb. O, sosial şəbəkə hesabında yazaraq, Kamboca və Tailandın atəşkəsin tezliklə əldə olunmasında maraqlı olduqlarını bəyan edib. D.Tramp”Truth” hesabında yazıb: “Mən indicə Taylandın baş nazirinin səlahiyyətlərini icra edən şəxslə danışdım və çox yaxşı söhbət oldu. Tayland da Kamboca kimi dərhal atəşkəs və sülh istəyir. Mən bu mesajı indi Kambocanın baş nazirinə çatdıracağam”.
Onun sözlərinə görə, Pnompen və Banqkok artıq dərhal görüşmək və atəşkəs üzərində işə başlamaq barədə razılığa gəliblər.
D.Tramp həmçinin bildirib ki, bu şərt yerinə yetirildikdən sonra tərəflərə ABŞ ilə ticarət razılaşmalarını müzakirə etməyə qayıtmaq imkanı veriləcək.
Eyni zamanda, BMT-dən də sülh çağırışları gəlib. Həmçinin Malayziya vasitəşilik təklifi ilə çıxış edib. Verilən məlumatlardan aydın olur ki, tərəflər Malayziyanın vasitəçilk təkliflərini qəbul etməyə hazırdırlar. Tailand Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nikondet Phalangkun bildirib ki, ölkəsi münaqişənin həllində Malayziyanın vasitəçiliyinə razıdır. “Əgər Kamboca problemi ikitərəfli danışıqlar çərçivəsində və ya Malayziyanın vasitəçiliyi ilə diplomatik yolla həll etmək istəsə, biz buna hazırıq. Lakin hələ belə bir sorğu almamışıq”, - deyə o qeyd edib.
“Həm Tailandın, həm də Kambocanın xarici işlər nazirləri ilə danışmaq imkanım olub. Onlar razılaşıblar ki, başqa heç bir ölkə bu işə qarışmasın. Diplomatlar Malayziyaya tam etimad göstərirlər və məndən vasitəçilik etməyimi xahiş etdilər”. Bu fikirləri isə Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən ifadə edib.
Kamboca və Tailand atəşkəs barədə razılığa gəlib. Xarici media xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib. Onun sözlərinə görə, atəşkəs 24 saat ərzində qüvvəyə minəcək. “Kamboca və Tailand bu gün yerli vaxtla gecə yarısından etibarən 24 saat ərzində qüvvəyə minəcək qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olu??b”, - baş nazir qeyd edib.
Qeyd olunub ki, hər iki ölkənin nümayəndə heyətləri arasında Kuala-Lumpurda aparılan danışıqlar bir neçə saat davam edib.


Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see285

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see257

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see239

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see238

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see237

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see234

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see231

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see220

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see215

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see213

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see213

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see197

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see190

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see189

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see189

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see188

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see180

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see178

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see175

AZAL ın aviaparkına yeni “Airbus A321neo” təyyarəsi daxil edilir

24 İyun 2026 12:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri