Icma.az
close
up
RU
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq

“Yüz illik saziş” və əbədi tərəfdaşlıq

Icma.az, Ayna saytına istinadən bildirir.

Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Keir Starmer iki ölkə arasında 100 illik tərəfdaşlıq haqqında saziş imzalayıblar. Britaniya Avropa İttifaqından çıxdıqdan sonra uzunmüddətli sazişlərə can atır. İttifaq səviyyəsində onun artıq bir neçə 25 illik ticarət-iqtisadi müqavilələri var. Deməli, ingilislərin niyə belə bir razılaşmaya getməsi baxımından bu, onlar üçün ümumi tendensiyadır. London öz xarici siyasətini yenidən dəyərləndirdilər və özləri üçün yeni (az-çox stabil) strateji perspektivlər görürlər...

Əslində Böyük Britaniya Qərbdə belə planlaşdırmağa və belə formatda işləməyə hazır olan ilk ölkələrdəndir. Və bu, yaxşıdır. Çin əvvəllər bu formatda işləyirdi. İndi bu, Qərb siyasi mədəniyyətində də həyata keçirilməyə başlayır.

Yəni bu, demokratiyanın diktaturaya qarşı mübarizəsi, xuliqanlara qarşı zəifə dəstəkdir. Nəhayət, bu, öz azad ölkəsinə, müstəqil siyasətə və suverenliyə sahib olmaq istəyən azad xalqların mübarizəsidir.

Hətta “yüz il” rəqəmi də göstərir ki, onlar Ukraynaya nə qədər dəyər verirlər, Ukraynada hansı perspektivlər görürlər. Eyni zamanda, məncə, burada “yüz illik” rəqəm formallıqdır. Bu müqavilə, belə demək mümkünsə, əbədi və daimi əməkdaşlıq haqqındadır.

Üçüncü aspekt strateji regionalizm aspektidir. Hələ 2019-cu ildə ingilislər “Qlobal Britaniya” geosiyasi konsepsiyasında müəyyən etmişdilər ki, Qara və Baltik dənizləri arasındakı region onlar üçün öz təhlükəsizlik və siyasi güclərinin yayımı kontekstində strateji əhəmiyyətlidir. Sadə dillə desək, Qara dəniz və Qara dənizdəki müttəfiq dövlətlər prioritetdir və bu baxımdan ciddidir. Ukrayna isə son illər göstərdiyi kimi, ən yaxın tərəfdaş və müttəfiqdir.

Bu müqavilənin imzalanması Ukrayna ilə Böyük Britaniya arasında münasibətləri necə dəyişəcək? Yaradılan və möhkəmlənən azad ticarət zonası, hərbi-siyasi əməkdaşlıq - Ukraynanın müdafiə sənayesinə dəstək, müdafiə qabiliyyəti, texnologiyaların, silahların və mütəxəssislərin transferi, xarici siyasət təşəbbüslərimizə dəstək... Yeri gəlmişkən, Böyük Britaniya rəsmi olaraq Ukraynanın Avropa İttifaqına üzvlüyünü çox düzgün və centlmen bir ifadə ilə dəstəkləyir: “Əgər bu, bizim üçün işləmirsə, bu, dostlarımız üçün işləməyəcəyi demək deyil və biz dostlarımızın nə istəyirlərsə, onu əldə etməsi üçün hər şeyi edəcəyik”.

Əslində bu tarixi saziş Ukrayna və Böyük Britaniya arasında 8 oktyabr 2020-ci il tarixli strateji əməkdaşlıq sazişinə daxil edilməmiş prinsipial yeni heç nə təqdim etmir. Amma yeni saziş əvvəlki sazişin müddəalarını daha uzun müddətə təmin edir və beynəlxalq siyasətdə çox düzgün tendensiya yaradır.

Müəllif: Aleksandr Krayev - “Ukrayna Prizması” Xarici Siyasət Şurasının eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri