Icma.az
close
up
RU
Yüz əlli illik milli mətbuatımızın əsas və əbədi devizi

Yüz əlli illik milli mətbuatımızın əsas və əbədi devizi

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 iyul, AZƏRTAC

“Jurnalist peşəsi çox ağır zəhmətdir, çətin peşədir. Özünü buna həsr edən adamlar birinci növbədə gərək özlərində bu istedadın olduğunu dərk etsinlər. Bizim jurnalistlərimiz gərək gördüyünü, eşitdiyini olduğu kimi yazsın. Ağa ağ desin, qaraya qara desin”. 150 illik yubiley yaşına çatan milli mətbuatımız haqqında yazıma Ulu Öndər Heydər Əliyevin bu möhtəşəm tarixi sözləri ilə başlamağı özümə mənəvi borc bilirəm. Düşünürəm ki, böyük dövlət xadimi tərəfindən jurnalistin spesifik əməyinə, çəkdiyi zəhmətə belə peşəkar, eyni zamanda, ədalətli qiymətin verilməsi hər bir media mənsubu üçün qürur mənbəyidir. Öz növbəmdə, tam səmimiyyətimlə vurğulayım ki, bütün jurnalist karyeram boyunca xalqımızın Ümummilli Liderinin verdiyi dəyərləndirmənin nə qədər dəqiq və bütün dövrlər üçün aktual olduğunu müşahidə etmişəm. Doğrudan da, tükənməz zəhmət tələb edən bu peşədə uğur qazanmaq, ciddi nailiyyətlərə imza atmaq üçün sadəcə fəaliyyət göstərmək yetərli deyildir, eyni zamanda, istedad və sevgi olmalıdır. Azərbaycanın dəyərli maarif xadimlərinin zəngin mətbu irsi artıq 150 yaşına çatır və bu, tarixi prosesə qiymət vermək, dəyərləndirmək üçün ciddi əsas yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər jurnalist Lalə Azərtaşın “Yüz əlli illik milli mətbuatımızın əsas və əbədi devizi” sərlövhəli məqaləsində yer alıb.

“Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı.

Sonrakı dövrdə Azərbaycan ziyalılarının bilavasitə iştirakı ilə buraxılan “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Açıq söz” kimi qəzet və jurnallarımızın adları əbədi olaraq mətbuat tariximizə yazılıb.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mətbuat azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olub. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən hüquqi sənədlər qəbul edilib, Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin rəhbərliyi ilə “Azərbaycan” qəzeti fəaliyyətə başlayıb”, - deyə müəllif qeyd edib.

Məqalədə qeyd edilib ki, dövlət müstəqilliyi bərpa etdikdən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yaranıb. 1993-cü ildə ümumxalq tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılıb.

Fərəhləndirici haldır ki, Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilib. Bu ənənənin əsası isə Ümummilli Lider Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında imzaladığı Fərmanla qoyulub. Ulu Öndərin siyasətini və ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyət həyatında medianın rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına təkan verib, yeni mərhələnin başlanmasını şərtləndirib”.

“Yazımıza Ulu Öndər Heydər Əliyevin jurnalistikaya və jurnalist əməyinə verdiyi tarixi əhəmiyyət daşıyan fikirlərini xatırlamaqla başladıq və düşüncələrimizin məntiqi yekunu kimi Prezident İlham Əliyevin media barədə konseptual qənaətlərini xatırlatmaqla yekun vurmaq istərdik: “Mən hesab edirəm ki, jurnalistikada vətənpərvərlik mövzuları ilə bağlı daha da ciddi işlər aparılmalıdır. Medianın bu sahədəki fəaliyyəti əvəzolunmazdır. Məsələn, hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərlik ilə bağlı çox ciddi və mənalı mövzuların işıqlandırıldığını görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm ki, biz bu istiqaməti daha da gücləndirməliyik”. Bəli, vətənpərvərliyi, dövlətə sevgini əsirgəmədən milli dəyərlərimizə sadıq olmaq 150 yaşlı milli mətbuatımızın əsas və əbədi devizidir”, - deyə Lalə Azərtaş vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri