Icma.az
close
up
RU
Yüzə yaxın düşmən hərbçisini məhv edən “Qara qartal” ləqəbli şəhid Röyal Mədətov

Yüzə yaxın düşmən hərbçisini məhv edən “Qara qartal” ləqəbli şəhid Röyal Mədətov

Icma.az bildirir, Azertag portalına istinadən.

Qazax, 26 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

İdman meydanlarının dəmir biləkli cəngavərlərindən olan Röyal Mədətov 44 günlük Vətən müharibəsində kəskin baxışları və döyüş şücaəti ilə “Qara qartal” ləqəbini qazanmışdı. Uşaqlıqdan güləşə meyilli olan Röyal bir çox yarışda nailiyyətlər əldə etmişdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2012-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlayan Röyal Mədətov 2020-ci il Vətən müharibəsində düşməndən qisas almaq arzusu ilə döyüşlərə qoşulub. Onun döyüş təcrübəsi də var idi. Bu təcrübəni 2016-cı ilin Aprel döyüşlərindən qazanmışdı. Döyüş yoldaşlarının təbirincə desək, “Qara qartal” ləqəbli, xüsusi təyinatlı dəstənin manqa komandiri, kiçik gizir Röyal Mədətov haqq savaşında öz snayperi ilə düşmənin bir çox canlı qüvvə və texnikasını məhv etmişdi. Kəskin görməsi və düzgün hədəf seçimi ilə təkcə bir atışda düşmənin üç maşın kalonunu partladıb, 100-ə yaxın hərbçisini məhv edib.

Bacısı Günay Nəbiyeva deyir ki, qardaşı hələ kiçik yaşlarından güləşlə məşğul olub, xeyli nailiyylətlərə imza atıb: “Həmişə yarışlardan qalibiyyətlə dönərdi. Evə medallar gətirərdi. Yəni, bir sözlə heç vaxt əliboş gəlməzdi. Həmişə anamı sevindirərdi ki, bax, mən nailiyyətlə, əlidolu gəlmişəm, çempion olmuşam.

Füzuli və Cəbrayıl rayonlarının işğaldan tamamən azad olunması zamanı xüsusi şücaəti ilə seçilən şəhid kiçik gizir Röyal Mədətov döyüşlərdə ağır yaralansa da, bu, onu müqqəddəs yolundan geri çevirməyib. Döyüş yoldaşları onu kəskin baxışları olduğu üçün “Qara qartal” ləqəbi ilə çağırıb. “Deyirdi böyüyəndə hərbçi olacağam. Hərb sənətinə də, idmana da böyük marağı var idi. Qardaşım mənim həm də sinif yoldaşım olub. On bir il bir sinifdə təhsil aldıq. O, mənim həm qardaşım, həm dostum, həm sirdaşım, həm də dərd ortağım idi. Vətən müharibəsi zamanı döyüşlərin birində yaralansa da, bunu bizə demədi. Biz bunu başqalarından eşitdik. Xəstəxanadan çıxdıqdan sonra tam sağalmamış yenidən döyüşlərə qatıldı. Qardaşımla həmişə fəxr etmişəm, bu gün də onunla qürur duyuram” - deyə şəhid Röyal Mədətovun bacısı Günay Nəbiyeva bildirib.

Röyal Mədətov 2020-ci il oktyabrın 22-də Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Döyüşlərdəki şüacətinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın, Kəlbəcərin, Xocavəndin, Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Ailəli olan şəhid Röyal Mədətov Qazax rayonun Hüseynbəyli kənd qəbiristanlığında dəfn edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Oktyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri