Icma.az
close
up
RU
Yüzlərlə MMC yaradıb “nağdlaşdırma” aparan şəxs tutuldu Birgə işlədiyi qurumların SİYAHISI

Yüzlərlə MMC yaradıb “nağdlaşdırma” aparan şəxs tutuldu Birgə işlədiyi qurumların SİYAHISI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri, musiqiçi Yasin Əhmədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Yasin Əhmədova ittiham olunduğu 177-ci və 189-cu maddələr üzrə baraət verilib. Ona 179.4-cü maddə ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri – musiqiçi Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsusilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilib.

İttihama görə, qeyd edilən şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb. Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

Yasin Əhmədov barəsində 2024-cü ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqa görə, Yasin Əhmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Samir Ramiz oğlu Abdullayev, Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Mənaf oğlu Xudiyev, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının direktoru Yaqub Şəmsi oğlu Məmmədov, "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Elman İsrafil oğlu Vəliyev, Xızı rayon Şorabad bələdiyyəsinin sədri Fazil Şükür oğlu İsmayılov, "Dəmiryolservis" MMC-nin sabiq direktoru Əli Əşrəf Orxan oğlu Lütfəlibəyov, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin sabiq baş mühəndisi İsmayıl Lətif oğlu Sadıqov, Bakı Xoreoqrafiya Akademiyasının sabiq baş mühasibi Sahib Şakir oğlu Əzimovla əlbir olub.

Məlum olub ki, adları qeyd olunan şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyon manatdan artıq pul köçürülüb, onun bir milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb. (Mənbə: APA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see186

Laçının kəndlərində və qəsəbəsində gələn il görüləcək işlər açıqlanıb

30 Noyabr 2025 12:46see177

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see166

Azərbaycanlı idmançı dünya çempionatında medal qazandı

30 Noyabr 2025 10:32see149

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see149

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see147

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see147

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see136

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see136

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see133

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see132

Nəqliyyat naziri: Türkiyə gəmilərə təkrar hücumların qarşısını almağı hədəfləyir

30 Noyabr 2025 12:01see131

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see129

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see129

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see128

Aydan götürülmüş nümunələrdə elə maddə aşkarlandı ki...

30 Noyabr 2025 12:53see128

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri