Yüzlərlə təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır FOTO
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədovanın işi üzrə ibtidai istintaq yekunlaşıb.
Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.
Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işində 60-dan çox şəxs zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, bu ilin iyununda ölkə ərazisində əsasən təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib. Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Dekabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















