100dən çox təqaüdçünü aldadan qadın hakim qarşısına çıxarılır FOTO
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda 100-dən artıq vətəndaşın hesabında olan müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədovanın işi üzrə ibtidai istintaq yekunlaşıb.
"Cebheinfo.az" modern.az-a istinadən xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Aygün Həsənovanın sədrliyi ilə baxılacaq.
Sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işində 60-dan çox şəxs zərərçəkmiş kimi tanınıb.
Xatırladaq ki, bu ilin iyununda ölkə ərazisində, əsasən, təqaüd kartlarından pul vəsaitlərinin naməlum şəraitdə oğurlandığı barədə polis orqanlarına vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər əsasında əməliyyat-texniki tədbirlər keçirilib.
Nəticədə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Nuranə Məmmədova saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb, N.Məmmədova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 05 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















