Icma.az
close
up
RU
Yüzminlər adından Prezidentə və Ali Məhkəməyə müraciət

Yüzminlər adından Prezidentə və Ali Məhkəməyə müraciət

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətəndaşlar dövlət başçısından tarixi ədalətin bərpasını xahiş edirlər

Özəlləşdirmə çeklərini satmayan yüzminlərlə ailə adından və sosial şəbəkədə onminlərlə ailəni birləşdirən “Özəlləşdirmə Çekləri Qrupu” tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ali Məhkəməyə açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

Çox hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Sizdən xahiş edirik, bizə kömək edəsiniz ki, məhkəmə özbaşnalığına son qoyulsun.

Özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Çeklərinin (Dövlət Özəlləşdirmə Paylarının – DÖÇ/DÖP) öz sahiblərinə dövlət əmlakı üzərində mülkiyyət hüququ verdiyi qanunlarda, o cümlədən Mülki Məcəllənin 1078-4-ci maddəsində öz əksini tapmışdır.

Əvvəla bildirmək istəyirik ki, Belorusda çeklərlə özəlləşdirmə bizdən əvvəl başlayıb və bu gün də davam edir. Çeklərin nominal dəyəri hər il inflyasiyaya uyğun olaraq indeksasiya olunur. Hər bir vətəndaş banklar vasitəsilə öz çeklərinin nominalına uyğun 160-dan çox müəssisənin səhmlərini əldə edə bilər.

Ulu Öndər Heydər Əliyev Özəlləşdirmə Payı - Çekləri verən zaman qəbul olunmuş qanunvericilik aktları başqa postsovet ölkələrinin qəbul etdiyi aktlardan daha mütərəqqi idi. Təəssüflər olsun ki, cənab Prezidentin etibarından sui-istifadə edən məmurların özbaşınalığı bu gün Ulu Öndərin TARİXİ, SOSİAL və İQTİSADİ ƏDALƏT SİYASƏTİNİN POZULMASI ilə müşayət edilir.

Bu gün qüvvədə olan dövlət əmlakının özəlləşdirilməsi haqqında Qanunun 10-cu maddəsinə görə, Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi - manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları - çekləri hesab olunur.

Konstitusiyanın 94-cü maddəsinin 13-cü bəndi ilə Mülkiyyət hüququnun - yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları yalnız Qanunverici orqan olan Milli Məclis tərəfindən – ancaq Qanunla tənzimlənə bilər.

ƏN ƏSASI - Konstitusiyanın qoyduğu bu qaydanı Mülki Məcəllə də təsdiq edir. Məhz Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən – hətta Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.

Mülki Məcəllədə Maddə 4. Mülki hüquq münasibətlərinin obyektləri -Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

Maddə 136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

Dövlət Qiymətli Kağızı olan özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması yalnız Qanunla - Mülki Məcəllə ilə tənzimlənir. Qeyd etməliyik ki, Mülki Məcəllədə Qiymətli kağızların dövriyyədən çıxarılması 1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda - yazılmasına baxmayaraq bu Məcllədə olan qaydadan başqa bu günə qədər hec bir başqa Qanunvericilik qaydası mövcud deyil.

Bakı İnzibati Məhkəməsi öz qərarı ilə cinayət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və digərlərinə qarşı “dövlət özəlləşdirmə payları üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı pozuntuların aradan qaldırılması və digər” tələblər barədə iddiamızı mümkün saymadı.

Məhkəmə, özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı ücün – vətəndaşların artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdiklərini bildirir.

Eyni zamanda bildirir ki, “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər və Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması haqqında məlumat maraqlı şəxsə Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.

Cənab Prezident!

Özəlləşdirmə qiymətli kağızı olan DÖÇ/DÖP-lərin sahiblərinə dövlət əmlakı üzərində mülkiyyət hüququ verdiyinin təsdiqi qanunlarda, o cümlədən Mülki Məcəllənin 1078-4-ci maddəsində öz əksini tapmışdır.

Mülkiyyət hüququ ilə Konstitusiyanın qoyduğu qaydanı Mülki Məcəllə də təsdiq edir. Məhz Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Möhtərəm Prezident!

SİZ hüquqşünas deyilsiniz. Ancaq SİZİN etibar etdiyiniz oliqarx məmurların, hüquqşünasların və məhkəmə hakimlərinin KONSTİTUSİYA və QANUNların pozulması faktlarını – səhvləri aradan qaldırmaq əvəzinə SİZdən gizlətməsi – SİZə və XALQa qarşı cinayətdir.

Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı Bakı İnzibati Məhkəməsinin qərarındakı əsaslandırmadan məlum olur ki, “Hakimlər vətəndaşların mülkiyyət hüququnu tanıyır, lakin özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı üçün 1 illik kompensasiya müddəti ötürülüb və hüquqlarını itiriblər”.

Bildiyiniz kimi, kompensasiya müddəti QANUNla ancaq və ancaq Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarıldığı andan hesablana bilər.

Məhkəmələrdə Dövlət Əmlak Xidmətinin nümayəndələri heç bir rəsmi sənədə əsaslanmadan – şifahi sözlə “Çekləri Cənab Prezident Fərmanla dövriyyədən çıxarıb” dedilər.

Bu, TAM yalandır. Axı, Cənab Prezident, SİZ öz Fərmanınızda “2011-ci il 01 yanvar tarixininə qədər istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmamısınız. Siz Fərmanda açıq-aydın göstərmisiniz ki, çeklər Qanunvericiliklə dövriyyədən çıxarılır.

Belə ki, Cənab Prezident!

Sizin imzaladığınız FƏRMAN və QANUNlarda qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək - qanunla buna cavabdeh Ali Dövlət Orqanları olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) tapşırlıbsa və həmin qurumlar tərəfindən DÖÇ/DÖP-lər dövriyyədən çıxarılmayıbsa, NECƏ OLA BİLƏR ki, məhkəmədə hakimlər heç bir rəsmi dövlət sənədi olmadan, ŞİFAHİ SÖZ əsasında qərar verir, çeklərin dövriyyədən çıxarıldığını elan edirlər?

Xahiş edirik ki, bunu SİZin adınıza ləkə salmaq istəyənlərin cinayəti kimi qəbul edəsiniz.

Zati-Aliləri

Bakı İnzibati Məhkəməsinin (BİM) və Bakı Apellyasiya Məhkəməsinin (BAM) hakimləri qanunvericiliyi pozaraq, BİM-də Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) nümayəndəsinin şifahi olaraq dediyi yalan əsasında qərar veriblər. Hakimlər SİZin Fərmanınızı öz istədikləri kimi - yəni “çekləri Prezident dövriyyədən çıxarıb” kimi yozaraq, heç bir hüquqi fakta və sənədə əsaslanmadan şifahi olaraq deyilmiş sözə istinadən hökm veriblər.

İddiaçılar hesab edirlər ki, hakimlərin belə qərar qəbul etməsi, “çeklər cənab Prezidentin Fərmanı ilə dövriyyədən çıxarılıb” hökmünü verməsi böyük ədalətsizlikdir, SİZə və XALQa qarşı qəbuledilməz addımdır.

Bu, SİZin adınıza, şərəf və ləyaqətinizə ləkə salmaq istəyən oliqarx məmurların xəyanətidir. Həmin oliqarx məmurların xainliyi və niyyəti ondan ibarətdir ki, uzun illər XALQdan “qazandıqları” nifrəti və qarğışı SİZə yönəltsinlər.

Cənab Ali Baş Komandan!

Sübutlar göz qabağındadır. Biz məhkəmələrə təqdim etdiyimiz ali dövlət orqanlarının rəsmi sənədləri ilə DÖÇ/DÖP-lərin TƏDAVÜL və ÖDƏMƏ-TƏDİYYƏ vasitəsi kimi istifadəsinin Fərmanla dayandırılmasına baxmayaraq, hələ də Dövlət Qiymətli Kağızı kimi dövriyyədə olduğunu TƏSDİQ və SÜBUT etdik.

QKDK-nın rəsmi saytında 2011-2016-ci ilə qədər dövlət qiymətli kağızı kimi özəlləşdirmə çeklərinin dövriyyədə olduğu açıq-aydın yazılmışdır. “Sual-cavab” bölməsində, “Hal-hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir?” sualına cavabda deyilir ki, “hal-hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir”.

(Buraya baxın)

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-ci ildəki 2 rəsmi cavab məktubunda 1-ci olaraq DÖÇ-lərin tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, DÖÇ/DÖP-lərin dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydaların hələlik müəyyən edilmədiyi yazılır və 2-cisi bu səbəbdən 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılmasının nəzərdə tutulduğu yazılır. Bu rəsmi sənədlər bütün məhkəmələrə də təqdim olunub (sənədlərlə müraciətin sonunda tanış ola bilərsiniz).

Məhkəmələrdə hakimlər ya bizim təqdim etdiyimiz sənədlərin yalan olduğunu əsaslandırmalı idi, ya da ən azı yalan – cinayət olaraq Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması barədə şifahi söz əsasında verdikləri məhkəmə qərarını rəsmi DÖVLƏT SƏNƏDLƏRİ ilə ƏSASLANDIRMALI idilər – çünki bu, QANUNların tələbidir!

Əgər çeklərin dövriyyədən çıxarılması barədə heç bir rəsmi dövlət sənədi yoxdursa, bu cür məhkəmə qərarı vermək SİZə və XALQa qarşı cinayətdir.

Əgər DÖÇ/DÖP-lər qanunvericiliklə dövriyyədən çıxarılmayıbsa, məhkəmə şifahi söz əsasında və heç bir rəsmi sənəd olmadan necə qərar verə bilər?!

Hörmətli Prezident!

Məhkəmə iclasları zamanı qarşı tərəf olan Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri heç bir suala cavab vermədlər – imtina etdilər. Hakimlər də öz vəzifə borclarını yerinə yetirmədilər. Məhkəmələrdə hakimlər QANUNları pozdular, vətəndaşların informasiya əldə etmək hüquqlarını təmin etmədilər.

Xahiş edirik: DİQQƏT EDİN!

Biz gözəl bilirik ki, özəlləşdirmə çekləri dövriyyədən çıxmayıb. Çünki hələ 2016-cı ildə həm Baş nazir, həm də Əmlak Komitəsinin sədri BÖYÜK Özəlləşdirmə üçün, Prezidentin göstərişi ilə Yeni Özəlləşdirmə Qanununun hazırlandığını elan etdilər. Hətta, 2016-cı ildə vətəndaşların “Özəlləşdirmə çekləri nə vaxt dövriyyədən çıxarılacaq” suallarına Əmlak Komitəsi öz rəsmi cavab məktublarında çeklərin TƏDAVÜL və TƏDİYYƏ vasitəsi kimi istifadəsinin başa çatdığını, lakin dövriyyədən çıxarılmadığını və çeklərin yenidən Böyük Özəlləşdirmədə istifadəsi barədə Yeni Özəlləşdirmə Qanununda baxılacağını yazmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək üçün, 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Сənab Prezident 28 Dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərmanı ilə dəyişiklik etmişdir və orada yazılır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”.

Göründüyü kimi, Cənab Prezident çeklərin yenidən istifadə olanması üçün tapşırığı Əmlak Komitəsinə deyil, birbaşa İqtisadiyyat Nazirliyinə verib. Hətta, Cənab Prezident daha əvvəl - Qiymətli Kağız kimi birincili olaraq yerləşdirilən zaman çeklərin həmin QANUNlara uyğun dövriyyədən çıxarılması qaydasını təmin etmək məqsədilə, 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanı ilə təsdiq olunmuş, indi də qüvvədə olan “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanı ilə dəyişiklər etmişdir.

Bundan başqa, Prezidentin 22 iyul 2022-ci il Sərəncamı ilə 150-dən çox orta və iri müəssisənin özəlləşdirilməsi nəzərdə tutulan Yeni Özəlləşdirmə Qanununun hazırlanması bi başa İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Bu sərəncama əsasən hələ 2023-cü ildə Yeni Özəlləşdirmə Qanunu MİLLİ MƏCLİSƏ təqdim olunmalı idi.

Ancaq nədənsə gecikir. Bu səbəbdən ya Baş nazir, ya da iqtisadiyyat naziri XALQın aldadılmaması üçün dövlət televiziyasından elan etməlidir ki, özəlləşdirmə çekləri dövriyyədən çıxarılmayıb: vətəndaşlarda qalan çeklər ya Böyük Özəlləşdirmə zamanı istifadə olunacaq, ya da dövriyyədən çıxarılacaq.

Çox xahiş edirik: İctimai Televiziya və ya Azərbaycan Dövlət Televiziyası yüzminlərlə ailənin mülkiyyət hüququ ilə bağlı bu 5 suala cavab alaraq, XALQa elan etsin. Əgər çeklər dövriyyədən Qanunvericiliklə çıxarılmış olsaydı, ƏMDX və Azərbaycan Mərkəzi Bankı (AMB) bu 5 sualın cavabını RƏSMİ qaydada veməli və təsdiq etməli idi:

Birinci sual

DÖÇ/DÖP-lərin emitenti kimi ƏMDX tərəfindən özəlləşdirmə qiymətli kağızı olan dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması üçün Qanunvericiliklə buna səlahiyyətli quruma (çeklərin dövriyyədən çıxarılması qaydasının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət edən maliyyə bazarlarına nəzarət orqanına) rəsmi müraciət edilibmi və edilibsə, nə vaxt edilib?

Qanunla çeklərin dövriyyədən çıxarılması qaydasının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət edən maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətləri əvvəllər QKDK-ya, sonra MBNP-ya, indi isə AMB-yə aiddir.

Mərkəzi Bankdan verilən məlumatda deyilir ki, qiymətli kağızların dövriyyədən çıxarılması üçün emitent mütləq - ən birinci bu orqana müraciət etməli idi. O müraciətdə kompensasiya veriləcək özəlləşdirmə çeklərinin sayı - kompensasiyanın miqdarı və başqa məlumatlar göstərilməli idi. Lakin ƏMDX bunu etməyib!

İkinci sual

Qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldımı?

Ücüncü sual

Əgər DÖÇ-lər dövriyyədən çıxarılıbsa, Qanuna əsasən dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında məlumat qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi şəkildə kütləvi informasiya vasitələrində dərc olunubmu?

Dördüncü sual

Əgər DÖÇ-lər dövriyyədən çıxarılıbsa, bu prosses hansı normativ hüquqi akta - normativ xarakterli və qeyri-normativ xarakterli akta əsasən həyata keçirilib?

Beşınci sual

Əgər DÖÇ-lər dövriyyədən çıxarılıbsa, bu zaman Qanuna və Konstitusiyaya əsasən yüz mindən çox ailənin çeklərinin Kompensasiyası üçün pul vəsaiti kim tərfindən ayrılıb və Qanunla inflyasiyadan qorunun hər özəlləşdirmə payına düşən kompensasiyanın miqdarı – nominal olaraq neçə manat müəyyənləşdrilib?

Hesab edirik ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə (Maddə 96.5.1) apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda (Maddə 96.5.2.) və apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır və borcludur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə (Maddə 96.5.1) apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və (Maddə 96.5.2.) apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyasiya məhkəməsinə göndərməyə haqlıdır.

Biz öz vəsatətlərimizdə və əvvəlki məhkəmə iclasları zamanı (video çəkilişlə olub) dəfələrlə Xahiş və Tələb etdik ki, əgər bizim təqdim etdiyimiz sənədlərə - Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarına və nəzarətinə qanunvericiliklə cavabdeh olan Ali Dövlət Orqanlarının Rəsmi sənədlərinə İNANMIRSINIZSA, onda düzgün MƏHKƏMƏ QƏRARI ÜÇÜN informasiya xarakterli bu 5 SUALA cavbdehlər mütləq cavab verilməli və RƏSMİ SƏNƏDLƏRDƏ təsdiqi OLMALIDIR.

Cənab Prezident!

Bunlar - Dövlətçiliyə, Sizə və Xalqa qarşı xəyanət və cinayət edənlərdir.

Diqqət edin: bunun cinayət olduğunu sübut edən ƏMDX-nin özüdür. Çünki DÖÇ-lərini satmayan bir qrup ŞƏHİD ANAsı və MÜHARİBƏ VETERANı tərəfindən ünvanlanmış bu 5 suala cavab olaraq, ƏMDX tərəfindən 20 may 2025-ci il tarixli 3-21-3/2 -Kol-237-8/2025 nömrəli rəsmi məktubda DÖÇ-lərin dövriyyədən çıxarılmadığı açıq-aydın qeyd olunur.

Məktubdakı 5 suala cavab olaraq, ancaq DÖÇ-lərdən TƏDAVÜL və TƏDİYYƏ vasitəsi kimi istifadə müddətinin 01.01.2011-ci ildə başa çatdığı yazılır. DÖVRİYYƏDƏN ÇIXARILDIĞI bildirilmir!

Möhtərəm Prezident!

Eyni zamanda, vətəndaşların DÖÇ-lərin nə vaxt dövriyyədən çıxarılacağı barədə hələ 2016-cı ildə Əmlak Komtəsinə müraciətinə cavab olaraq, rəsmi qurum bildirib ki, Sizin sərəncamınız ilə Yeni Qanun lahiyyəsində bu məsələyə baxılacaq.

Yəni uzun illərdir ƏMDX vətəndaşların suallarına cavab olaraq heç vaxt özəlləşdirmə çeklərinin dövriyyədən çıxarıldığını rəsmən bəyan etməyib.  

Cənab Ali Baş Komandan!

Məhkəmələrin köməyi ilə, şifahi sözlə deyilmiş yalana hüquqi don geydirmək istəyən oliqarx məmurlar öz cinayətlərini SİZin üstünüzə atmaq istəyirlər. Sizin etibarınızdan sui-istifadə edən oliqarx məmurların bu əməli LİDER-XALQ birliyini pozmağa cəhddir.

Dövlətçiliyimizə və SİZin sosial ədalət siyasətinizə ziyan vurmağa çalışan məmurların niyyətinin baş tutmaması üçün ŞƏXSƏN SİZin müdaxilənizə çox ehtiyac var. İndiki mərhələdə, Ali Məhkəmə tərəfindən ölkə daxilində bu problemin tam araşdırılması və səhvlərin aradan qaldırılması çox vacibdir.

Zati-Aliləri!

Məhkəmə qərarının yalan olduğunu təsdiq etmək, Bakı İnzibati Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsindəki hakimlərin səhvlərini aradan qaldırmaq üçün Ali Məhkəmə ədalətli qərar verməlidir: işi araşdırmaq üçün geri qaytarmalı və işə baxılan müddətdə bu 5 suala rəsmi cavab verilməsini tələb etməlidir.

Xahiş edirik, 700 vətəndaşın iddiaçı olduğu bu Ali Məhkəmənin gedişini nəzarətdə saxlayasınız. Səhvlərin aradan qaldırılması üçün işin ölkə daxilində düzgün araşdırılmasına təminat verməyinizi rica edirik.

Cənab Prezident!

Biz hamımız bilirik ki, özəlləşdirmə çekləri Qanunla dövriyyədən çıxarılmayıb. Yüzminlərlə vətəndaşdan heç biri, hətta 2015-ci ilə qədər Özəlləşdirmə Çeklərini Milli Depozit Mərkəzində saxlayan heç bir biznesmen Kompensasiya almayıb.

Ali Məhkəmə NƏ ETMƏK İSTƏYİR? Nə üçün insanların maddi vəziyyəti nəzərə alınmır? Məhkəmənin qərarı bütün ölkə vətəndaşlarına tətbiq olunacaqsa, rəsmi qəzetdə verilən bu məlumat hansı məqsədi güdür?

https://azerbaijan-news.az/az/posts/detail/ali-mehkeme-ozellesdirme-cekleri-ile-elaqedar-is-uzre-vekille-temsil-olunmadan-kassasiya-sikayetini-imzalamis-698-nefer-iddiaciya-huquqlarini-izah-etdi-1750376181/363016 

Əsaslandırma

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, “Ədalət mühakiməsinin hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilməsi hakimin vəzifəsidir”.

Respublikasının İnzibati Prosessual Məcəlləsinin “Məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslar” adlanan 92-ci maddəsinə görə, “92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır:

Maddə 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda”.

96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda”.

Hörmətlə: “Özəlləşdirmə Çekləri Qrupu”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 İyun 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see723

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see126

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see120

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see117

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see116

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see116

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see115

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see115

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see115

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see114

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see114

Bakıda partlayış bu ərazidə baş verib

27 İyun 2025 07:22see114

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see113

“Yuve” və “Siti”dən növbəti asan qələbələr

27 İyun 2025 09:07see113

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see113

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see112

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see112

OMON dəstəsi azərbaycanlıların evinə basqın etdi: Ölən var

27 İyun 2025 22:50see111

Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib

27 İyun 2025 16:58see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri