Zahid Oruc: BTQ gördüyü işlərlə bu qədər səs yarada bilibsə, deməli, fəaliyyətinin nəticəsi var
Bakı Təşəbbüs Qrupu (BTQ) beynəlxalq hüquq çərçivəsində gördüyü işlərlə bu qədər səs yarada bilibsə, bütün məqamlarda, hətta səfirlərlə görüş səviyyəsində tədbirlərdə "Azərbaycan Fransanın daxili işlərinə qarışır" fikirləri qeyd edilirsə, deməli, BTQ-nin fəaliyyətinin nəticəsi var.
"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin və Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Reyunyon əhalisi sadəcə siyasi azadlıq istəyirlər:
"Bizim bu cür hərəkatın önündə olmağımızdan isə daxildə də narahat olanlar var. Strasburq hər sessiyada dünyaya məsləhətlər verir. Bəs nə əcəb bu xalqlara təlimat verilmir?".
Deputat hesab edir ki, Reyunyon və bu kimi bölgələr Qarabağın müstəqilliyindən nümunə götürməlidirlər.