Icma.az
close
up
RU
Zahid Oruc: Çamuryaxan lar əllərinə keçən mövzu üzərindən məni linç etməyə qalxırlar

Zahid Oruc: Çamuryaxan lar əllərinə keçən mövzu üzərindən məni linç etməyə qalxırlar

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lakin o söz-söhbətlər, məsələlər adımıza, ləyaqətli mübarizəmizə heç vaxt xələl gətirə bilməz


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin saxlanılması xəbəri ictimaiyyətdə geniş rezonans doğurub.

Maraqlıdır ki, bir çox mənbələr və şəxslər dövlət adamları, bəzi deputatların Ramiz Mehdiyevlə bağlı bir zamanlar səsləndirdikləri fikirləri arxiv materiallarına istinad edərək yenidən gündəmə gətirir, qabardırlar.

Bu sırada ən çox diqqət çəkən şəxslərdən biri Milli Məclisin deputatı Zahid Orucdur. Yayılan məlumatlara əsasən, deputat vaxtilə onun haqqında “Ramiz Mehdiyev əqidəsinə və siyasi ideallarına yüksək sədaqəti ilə seçilən həqiqi dövlət adamıdır”, “Ramiz Mehdiyevin əleyhinə çıxan qüvvələr yenə məğlub olacaqlar” və s. kimi fikirlər səsləndirib.


Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Sherg.az-a deyib ki, mənə, həmçinin qeyrilərinə hər zaman hücumlar olub, olacaq:

"Həmişə bir ali ideologiyamız, məramımız olub: Dövlət, Ali Baş Komandan və həyata keçirilən böyük uğurlu işlər. Hansı mərhələlərdə kimlərə nə üçün hücum edildiyi bəllidir. Çünki biz dövlətin ideoloji-siyasi məkanında aktiv iştirak edirik. Ona görə də bəzi qüvvələrin qarayaxmalar, böhtanlar aparması normaldır. Bu, əbədi prosesdir. Haqqımda müəyyən fikirlər yayan və qabartmağa çalışan  terror mediası "made in Azerbaijan" və s. adlarla pərdələnən, amma mahiyyətcə Məhəmməd Mirzəli və onun kimilərdən ibarətdir. Həmin şəxslər dövlət rəhbəri, onun ailəsi və qələbə siyasətimizə hər gün "çamur" atan qüvvələrdir. Bu gün əllərinə keçən mövzu üzərindən məni linç etməyə qalxırlar. Lakin o söz-söhbətlər, məsələlər adımıza, ləyaqətli mübarizəmizə heç vaxt xələl gətirə bilməz və qeyri-mümkündür".


O əlavə edib ki, Səbail rayon Məhkəməsinin çıxardığı ilkin qərar xüsusi xidmət orqanlarının milli təhlükəsizliyimizin keşiyində qətiyyətlə, ayıq-sayıq dayanmasının nəticəsi olduğu üçün irəli sürülən ittihamlar 2005-ci ilin məxməri inqilablar dövründə bir neçə yüksək hakimiyyət təmsilçisinə qarşı cinayət maddələrinin uzun fasilədən sonra başqa bir vəzifə sahibinə- Ramiz Mehdiyevə qarşı verilməsi deməkdir:

"90-cı illərin silahlı dövlət çevrilişi cəhdlərindən sonra Azərbaycanda kiminsə  hakimiyyyəti devirməyə cəhdi və millətə qəsd yolunu tutması çox az hallarda baş verib. Razılaşın ki, Cinayət Məcəlləsində ən ağır maddələr çoxdandır hüquq və siyasi praktikamızdan çıxmışdı, çünki prezident İlham Əliyev xalqın ən yüksək iradəsini təmsil edən tək və alternativsiz liderdir. Lakin indi yayılan rəsmi açıqlama göstərir ki, dövlət orqanlarında Ramiz Mehdiyevin hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi əməllərinə dair faktlar mövcuddur. Ölkə rəhbərinin hörməti və verdiyi yüksək imtiyazı-idarəçilikdən ən yüksək ordenlə təltif olunaraq yola salınma hər kəs üçün böyük mükafat sayıla bilər. Ali dövlət ehtiramına belə siyasi qəsdlərlə qarışılıq verilməsi ağır hüquqi məsuliyyət doğurur. Lakin ən böyük cəza prezidentin etimadını tamamilə itirməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri