Icma.az
close
up
RU
Zahid Oruc: Quru sərhədlərlə bağlı subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam

Zahid Oruc: Quru sərhədlərlə bağlı subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc quru sərhədlərin bağlı qalması ilə bağlı dediyi “Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək” sözlərinə görə tənqid edilməsinə münasibət bildirib. 

Hurriyyet.az xəbər verir ki, komitə sədri pravda.az-a açıqlamasında hökumətin quru sərhədlərin bağlanmasının ölkədən valyuta çıxışını, sərhədyanı ticarəti məhdudlaşdırdığını deyənlərə belə cavab verib: “İstənilən hökumət sərhədlərin açıq olmasında, geniş iqtisadi əlaqələr, ticari dövriyyənin yüksək səviyyəyə çatması, insanların fərdi həyatının geniş coğrafiyada davamlılığı və s. kimi onlarla parametrlərin gerçəkləşməsində maraqlıdır. Bu, siyasətin və ya idarəçiliyin əlifbasıdır, nəzəri yanaşma da deyil. Ötən on illər ərzində - pandemiyayaqədərki mərhələdə Azərbaycanın istər hava, istərsə də dəniz məkanından bütün qitələrə yolları açıq olub. Ölkəmiz bu siyasəti dövlət kursu kimi gerçəkləşdirib. Lakin indiki halda qeyd etdiyimiz məsələlərin kontekstini düzgün dəyərləndirmək lazımdır. Dünyanın hər yerində büdcə müzakirələri növbəti ildə forsmajor situasiyaları, böhran xarakter daşıya biləcək məqamları göz önünə almağı, adekvat kontur tədbir görməyi özündə ehtiva edir. Hazırkı büdcə sənədimizdə neft birjalarında qiymətlərin dəyişməsinə adekvat üç ssenari nəzərdən keçirilib. Qiymətlər 50 dollara düşərsə, bu halda gəlirlərimiz azalacaq, hökumət hansı tədbirləri həyata keçirəcək? Səksəndən yuxarı rəqəmlər öz əksini tapır. Mən də parlamentin plenar iclasında söylədim ki, iki savaşda - İsrailin Qəzza, Livan, müəyyən fasilələrlə İranla qarşılıqlı zərbələri fonunda yeni paradiqma başlanıb. Bu da savaşın coğrafiyasının genişlənməsi və strateji çökdürmə, konvensional silahlar mərhələsinə daxil olmasıdır. Sadə dilə çevirsək, bu, sanki nüvə müharibəsindən bir an öncəki davranışlar deməkdir. Yəni ATACMS silahları 300 kilometr hədəfi vurur və faktiki bu, həmin Qərb dövlətlərinin əməliyyatı özlərinin ifşa etməsi mənasına gəlir. Cavab zərbəsi “Oreşnik”lə verilmişdi. O deməkdir ki, savaşın coğrafiyası konfliktin əhatə dairəsi böyüdükcə öz-özlüyündə istənilən ölkənin ticarət əlaqələrinə, xarici, iqtisadi münasibətlərinə də müəyyən təhdidlər yaradır. Xatırlayırsınızsa, ilk dövrlərdə taxılı həm Ukraynadan, həm də Rusiyadan alırdıq. Sonradan məlum situasiyalar yarananda nə qədər ajiotaj meydana çıxdı. Anlayıram, klassik müharibə modelləri dəyişir. Lakin qapalı ölkələri qorumaq bütün əlaqələri durdurmaq deyil. 44 günlük müharibə şəraitində belə ölkəmizin iqtisadi əlaqələri daha da gücləndi. Bu, Ali Baş Komandanımızın ən böyük uğurlarından biri idi. Həmin kontekstdə bizi əhatə edən, geopolitikanın əlifbasına istinad edərək deyirəm ki, 500 kilometr əhatəndə savaş gedirsə, sən bütün təhlükələri hesablamalısan. Bir sıra sosial xərcləri, öhdəliklərimizi, enerji infrastrukturunun müntəzəm çalışması, ordunun təminatı, Böyük Qayıdış, investisiya xərclərini çıxmaq şərti ilə digər ikinci dərəcəli xərcləri təxirə salmaq mövqeyini dilə gətirdim. Birinci və ikinci fundamental məqamın arqument bazisi bundan ibarət idi. İki il ərzində Rusiya, Ukrayna və digər ərazilərdən qaçqın və köçkünlərin olmasına baxmayaraq, artıq söylədik ki, yeni mərhələ özündə yüz minlərlə əlavə qaçqın və köçkün kütləsi yaradacaq. Bu səbəbdən dedim ki, əhalimizlə açıq danışmalıyıq. Belə halda humanitar, sosial, mədəni baxışları fərqli olan millətlər regionumuza daxil ola bilər. İranla bağlı canını, mülkünü, sərvətlərini qorumaq istəyən insanlardan da bəhs etdim. Düşünürəm, bu şəraitdə ən düzgün mövqe həm də neft hasilatındakı azalmanın qarşısının alınması tədbirlərinin gücləndirilməsidir. Məsələlərin ictimai fikrə çıxarmaq mövqeyi düzgün qəbul olunmalıdır. Bunu daim efir məkanında da, mediada söyləyirik. Verdiyim açıqlama qətiyyən pandemiyanın sıfırlanması, virusun dünya çapında məhv olub dövriyyədən çıxması anlamına gəlmir. Hökumət sözçülərinin karantinlə əlaqədar söylədikləri mövqelər əsla ikinci dərəcəli və əhəmiyyətsiz sayılmamalıdır. Mən quru sərhədlərlə bağlı öz subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam. “Bütün yollar Romaya aparır” deyiminin deviz olaraq meydana çıxmasının səbəbi bu idi - Roma imperiya kimi bütün ərazilərə, qütblərə yollar açırdı ki, ticarət işləsin. Bu gün Azərbaycan dövləti quru sərhədləri bağlayırsa, bunu əhalinin təhlükəsizlik maraqlarına uyğun edir. Fikrimin qayəsi bu idi”. 

Z.Oruc uzun zamandır, bu məsələlərlə bağlı debatlara çıxmadığı üçün tənqid edilməsinə də aydınlıq gətirib: “İnanın, hər bir mövqe sahibinə hörmətlə yanaşıram. Bütün məqamlarda debatlara, diskussiyalara, mediaya da açıq olan insanlardan biriyik...”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri