Icma.az
close
up
RU
Zahid Oruc: ”Heydər Əliyev qonşu ölkələrin çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı”

Zahid Oruc: ”Heydər Əliyev qonşu ölkələrin çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı”

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Vətən müharibəsində Qələbəmizin 5-ci ili, yeni siyasi təqvimin parlaq günü-8 noyabr ümumxalq bayramı qarşısındayıq. Əsrlər boyu  dövlətçilik tarixində ağır sınaqlardan keçən azərbaycanlılar şərəflə qazandıqları Zəfəri təkcə ərazi bütövlüyü və suverenlik  hadisəsi kimi deyil, həm də qalib yüz ilin, yeni milli və siyasi  kimliyin başlanğıcı kimi qəbul edirlər”.

Ölkə.Az xəbər verir ki, bu sözləri bu gün Bakıda “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfransda Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc deyib.

“Qələbəmizdən sonra “Konstitusiya və suverenlik ili”nin elanı məhz Vətən müharibəsinin nəticəsidir, əks halda, 10 və 20 illik dönəmlər kimi fərqli statusda keçirilərdi. İndi bütövləşən Ali Qanunumuz milli hüquqlarımızın zirvəsidir, yeni dünya nizamına verilən ən güclü mesajdır.

Gəlin, birlikdə xatırlayaq: 107 il əvvəl Şərqdə ilk respublika quran babalarımız müasir dünyada geniş yayılan Ali Qanun qəbul etməyə imkan tapmadılar. Bolşevik işğalından əvvəl, 1921-ci ildə ilk Konstitusiya sənədi ilə respublika quruluşunu saxlayan sovet Azərbaycanı, totalitar sistemin tərkibinə daxil olandan sonra-1925 və 37-ci illərdə Stalinin ideoloji qəliblərinə tam yerləşdirildi, Sovetlər birliyinin Konstitusiyasını qəbul etdi. Lakin sərt mərkəzləşən sistemdə belə, ikinci dünya müharibəsindən sonra milli dövlətlərin formalaşması üçün mədəni-siyasi intibahın qarşısını kəsmək mümkün olmadı. Xüsusilə, böyük siyasi lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövrü, 1978-ci ildə qəbul edilən Konstitusiya mənsub olduğu ideoloji quruluşun çərçivələrini aşdı, gələcək müstəqilliyin təminatçısı oldu. Ulu öndər sübut etdi ki, xalqa xidmət mənsub olduğun siyasi formasiyadan və hüquqi çərçivələrdən asılı deyil.

Ötən əsrin sonunda Sovetlər birliyinin iflası siyasi xəritəyə çıxan yeni milli respublikaları ağır imtahanlar qarşısında qoydu. 1991-ci ilin 30 avqust və 18 oktyabrında elan olunan Konstitusiya bəyannaməsi və aktı xalqımızın faktiki azadlığını, siyasi müstəqilliyini özündə ehtiva etsə də, torpaqlarımızın işğalı natamam suverenlik yaratdı. Elə həmin sənədlərdə Ana qanunun hazırlanması qarşıya vəzifə kimi qoyulmuşdu. Lakin bir-birini əvəzləyən hakimiyyətlər dövlətimizin konstitusion saslarını yarada bilmədilər. Ona görə də milli Konstitusiyamız müstəqilliyin elanından düz  4 il sonra, 1995-ci ildə ölkəmizdə hərbi-siyasi xaosa son qoyulduqdan sonra gerçəkləşdi.

Beləliklə, bəşəri dəyərləri, insan hüquq və azadlıqlarını 20 faiz ərazi itkisi, 1 milyon qaçqın və məcburi köçkünün mövcudluğu şəraitində bəyan etmişiksə, deməli, Ana Qanunumuz işğala qarşı  ilk ümumxalq proqramıdır, ərazi bütövlüyü və suverenlik uğrunda mübarizəmizin hüquqi,  siyasi və hərbi Baş planıdır. 
1995-ci il iyunun 5-də Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclasından 12 noyabr referendumuna qədər sənədin ümumxalq müzakirələrinə şəxsən özü rəhbərlik etdiyi üçün Konstitusiyamızın banisi Ulu öndərdir. Ana Qanunumuz Heydər Əliyevin dövlət kitabıdır.

Sənəd təkcə dünyəvi hüquqi prinsipləri deyil, həm də milli-mənəvi dəyərləri, 1918-ci ildə qəbul olunan İstiqlal Bəyannaməsini və keçdiyimiz yolun varisliyini  özündə əks etdirir. Etnik separatçılıqdan əziyyət çəkən və imperiyalar tərkibində olan bir ölkə üçün birləşdirici dövlət quruluşu tapmaq gerçəkdən siyasi uzaqgörənlik və qətiyyət tələb edirdi.   

Bəli, Heydər Əliyevin şəxsiyyəti konstitusion bir sistem idi. O, sovet və ya başqa müstəmləkə keçmişinə qayıtmağa imkan vermədi, dini və milli kimliyimizi bayrağımızda əks olunan müasirliklə, dünyəviliklə  peşəkarlıqla uzlaşdırdı, qonşu ölkələrin yaşıl, yaxud çarizmdən qalan qırmızı rəngli quruluşlarına yer tanımadı.

Ulu Öndər xilas etdiyi ölkədə konstitusion siyasi varisliyi  təmin edən şəxsiyyət kimi də tarixə daxil oldu. Şeverdnadze Gürcüstanı və başqa keçmiş sovet ölkələrində hakimiyyət transformasiyaları qanlı oldu”. 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Noyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see311

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri