Icma.az
close
up
RU
Zahid Oruc: ”Jerar Ştudmanın məqsədi hakimiyyət böhranı yaratmaq idi”

Zahid Oruc: ”Jerar Ştudmanın məqsədi hakimiyyət böhranı yaratmaq idi”

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Mərkəzi Seçki Komissiyasının təzədən formalaşması Yeni dövrdə mühüm hüquqi-siyasi hadisədir. 90-cı illərdə torpaqlarımızın işğala məruz qaldığı və hakimiyyət institutlarının böhran vəziyyətinə düşdüyü ağır zamanlarda seçki institutlarının fəaliyyətinin təşkili milli dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrilmişdi".

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, Ulu öndərin  ali məqsədi millətimizin iradəsinin azad, ədalətli və şəffaf şəkildə nümayişini təmin edən mexanizmi bütün tərəflərin qəbul etməsi idi:  "Lakin 2000-ci illərin əvvəllərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, xüsusilə, emissar Jerar Ştudmanın seçki komissiyası üzvlərinin üçdə ikisinin səsinin bir siyasi qüvvədən asılı olmamasını nəzərdə tutan, zahirən paritet, lakin mahiyyətcə seçki sistemini və beləliklə, dövlət-hakimiyyət orqanlarının formlaşmasını mümkünsüz edən məkrli plan irəli sürüldü. Belə bir strukturda qərar qəbul etmək və konsensus tapmaq  qeyri-mümkün idi.
Azərbaycan öz seçki institutunu xarici siyasi mərkəzlərin  gizli planlarından, inqilabi ssenarilərindən qorumaq üçün daha güclü və  işlək model tapmağı bacardı. 2003-cü ildən sonra qəbul edilən qərarlar və hüquqi tədbirlər, aparılan islahatlar seçki sistemini daha dayanıqlı, idarəolunan və milli maraqları qətiyyətlə müdafiə edən bir səviyyəyə çatdırdı.  
Əvəzində ATƏT-in Demokratiya institutunun, faktiki Minsk Qrupunun və Venesiya Komissiyasının göstərdiyi yolla gedən Ukrayna və Gürcüstan kimi ölkələr nəinki ağır dövlətçilik böhranları ilə üzə-üzə qaldılar, üstəlik, daha böyük müharibələrə və qlobal toqquşmalara meydan oldular. 

Azərbaycan milli mənafelərinə uyğun yol seçərək təhlükəli modellərin tətbiqindən imtina etdi və institusional böhranların qarşısını aldı. Brüsseldən və Strasburqdan hakimiyyət formalaşdırmaq əslində torpaqlarımızın işğal altında saxlamaq demək idi".
Onun sözlərinə görə, zaman göstərdi ki, Vətən müharibəsində Qələbəmizə aparan güclü lider İlham Əliyevin xalqın iradəsi ilə prezident seçkilərindəki qələbələri ən düzgün, ədalətli yol oldu və seçkilərdəki qalibiyyət millətimizə Qarabağ Zəfərini bəxş etdi. "Ölkəmizə Strasburq demokratiyasını təklif edənlər və millətimizin səsini tanımayanlar faktiki torpaqlarımızın işğalçıları ilə birlikdə məğlub oldular. 

Əlbəttə, seçkilər genişmiqyaslı və rəqabətli bir prosesdir. Ümumxalq kampaniyalarında milyonlarla seçici, minlərlə namizəd və onlarla partiya iştirak edir. Yekunda siyasi məğlub tərəfin əks rəyləri və etirazları başadüşüləndir, lakin hüquqi və qanuni yoldan çıxmağa əsla əsas vermir".   
Deputat əlavə edib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Azərbaycanın bütün coğrafiyasında hakimiyyət instutularının formalaşması və azad torpaqlarda seçkilərin keçirilməsi seçki institutlarımızın da qələbəsidir:

"Prezident İlham Əliyevin suverenliyimizin paytaxtı Xankəndində 2024-cü ilin fevralın 6-da səs verməklə uzun illər ərazimizdə ikinci separatçı rejim, iki parlament və digər paralel hakimiyyət institutlarına son qoyulduğunu dünyaya nümayiş etdirdi.

Yekunda, beynəlxalq təhlükəsizlik sisteminin çökdüyü bir şəraitdə, Azərbaycan dövləti seçki institutlarına və millətimizin mənafelərinə xdimət edən komissiya üzvlərinə yenidən etimad göstməklə  siyasi prinsiplərində ardıcıl olduğunu sübut edir. Ona görə də Milli Məclisin müstəqil deputatları irəli sürülən namizədlərə müsbət səs verəcəkdir".

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri