Icma.az
close
up
RU
Zahid Oruc: “Paşinyanın növbəti cəsarətli addımı...”

Zahid Oruc: “Paşinyanın növbəti cəsarətli addımı...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"Milli Məclis bütün hakimiyyət orqanları kimi cari ildə fəaliyyət planını prezident İlham Əliyevin 7 yanvar tarixində bəyan etdiyi strateji hədəflər üzərində qurur. Həmin görüşdə irəli sürülən əsas ideyalar yaşadığımız dövrün qlobal və regional təhlükələrinə qarşı dövlətimizi hazırlamaq məqsədinə xidmət edirdi. Ölkə rəhbəri dedi ki, 2-ci dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik sistemi çökür, yenisi isə yaranma mərhələsindədir. Bəli, Qələbəmiz ölkəmizin siyasi çəkisini artırıb. Tarixmizdə ilk dəfə, dövlətimiz hərbi Qələbədən sonra dünyanın yenidən bölüşdürülməsində öz taleyinin sahibi kimi çıxış edir".

Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

Deputatın çıxışının tamını təqdim edirik:

“Ona görə də obrazlı desək, işğal dövründə Qarabağ özü boyda mina idi, indi azad torpaqlar yeni Vətən qurucluğunun məhək daşına çevrilir. Bir vaxtlar 1 milyon qaçqın və köçkünün hüquqları uğrunda vuruşan Azərbaycan indi Yaxın Şərq və Cənubi Qafqaz  regionunda sülhyaradıcı missiyada çıxış edir. Ölkəmiz Türkiyə ilə birlikdə yeni Suriya quruculuğuna töhvə verir. Son 2 əsrdə ilk dəfə erməni amili regionda həlledici rol oynamır. Göründüyü kimi, yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında parlament diplomatiyasını hər zamankı kimi fəal davam etdirəcəkdir.

Ölkə rəhbərinin ikinci yer ayırdığı məsələ, Ermənistana son 30 ildə rəhbərlik edən 3 şəxsin, xüsusilə saxta sülhpərvər obraz arxasında gizlənən Levon ter Petrosyanın çıxışına münasibəti informasiya məkanında böyük əks-səda doğurdu. Təəssüflər olsun ki, Tatul Akopyan adlı jurnalistin iki il əvvəl yaydığı kadrlar yalnız indi Albert İsakov adlı blogerin tərcüməsindən sonra ciddi ictimai reaksiyalara səbəb oldu. 1993-cü ilin avqustunda işğal günlərində ter-Petrosyan deyir ki, azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Basarkeçər, Uluxanlı və digər ərazilərdən məqsədyönlü şəkildə təmizlənməsi “600 illik erməni arzuları gerçəkləşməsi”dir. Əks halda, ölkəsində demoqrafik balansı xeyirlərinə dəyişmək, milli dövlət qurmaq mümkün olmazmış. Digər tərəfdən, respublikamızda sayları 300 minə çatan ermənilərin də Ermənistana köçürülməsi əhali azlığını kompensasiya etmək planı olub. Petrosyanın çıxışı xalqımıza qarşı soyqırım, etnik təmizləmənin təsdiqi olduğu üçün həmin dövrdə müdafiə naziri olan  Vazgen Sarkisyan deyir ki, prezidentin çıxışı məxfiləşdirilməlidir, çünki düşmənçilik planları və Ağdamın işğalının etirafı ölkənin beynəlxalq imicinə ciddi zərər vurar.

Göründüyü kimi, xalqımızı “Bakı, Sumqayıt, Kirovabad  hadisələri” adı ilə əsassız yerə ittiham edənlərin 30 illik hökmləri iflasa uğradı. Ona görə də təklif edirik ki, Milli Məclis Levon ter Petrosyanın torpaqlarımızın işğalının əsas ideoloji-hərbi proqramı olan çıxışına hüquqi-siyasi qiymət versin və qərarını bütün xarici ölkə parlamentlərinə  yaysın.

Üçüncü məsələ, ABŞ-ın Nyu York mərkəməsi tərəfindən 18 ilin senatoru Bob Menendesə layiq olduğu 11 illik cəzanın çıxarılmasını alqışlayırıq,  hökmün təkcə korrupsiya cinayətlərinə görə deyil, həm də erməni yalanlarına xidmət edən ABŞ siyasətçilərinə görk olduğunu bildiririk. Proses zamanı hakim Sidni Steynin sözləri çox ibrətamizdir-sitat: “siz siyasi şöhrətin zirvəsində idiniz, lakin yolunuzu azdınız”. Həqiqətən bütün deputatlıq fəaliyyətini ölkəmiz əleyhinə bədnam qətnamələrə həsr edən, Qarabağın işğalının simasına çevrilən adamın karyerasının  sonu Qələbəmizin birbaşa nəticəsidir. Təklif edirik ki, Milli Məclisin komitələrindən biri ABŞ Məhkəməsinə öz ehtiramını ifadə edən məktub göstərsin, eləcə də Azərbaycana qarşı hər gün iftira şəbəkəsinə başçılıq edən Adam Şif, Frenk Pallone və digərlərinin fəaliyyətinin də araşdırılmasını xahiş etsin. Biz  Avroparlamentin və Avroşura təmsilçiləri Natali Luazo, Rafael Qlüksman, Frank Şvabenin də eyni aqibət yaşayacağına inamımızı ifadə edirik.

Sonda bir daha Qarabağ məsələnin başa çatmadığını iddia edən qrupların sistemli halda Human Rights Watch-un 2024-cü il üzrə hesabatında, Avropa parlamanetinin son qətnaməsində, Kanada xarici siyasət idarəsinin bəyanatlarında qırmızı xətlə keçən bir avantüraya- ermənilərin Xankəndinə qayıtmasına dair irəli sürdükləri tələbə cavab vermək istərdik: Ermənistanın dövlət siyasətində qayıdış məsələsi olmadığı halda müxtəlif siyasi mərkəzlərin Qarabağın düşmənçilik ocağını sönməyə qoymamaları yaşadğımız bölgəni daim əldə saxlamaq və sümürmək məqsədlərinə xidmıət edir. Ona görə Nikol Paşinyanın növbəti cəsarətli addımı məhz ötən əsrin 50-ci illərindən gündəliyə çıxarılan soyqırım biznesini də nəhayət, durdurmağa, xalqını bu əsarətdən də xilas etməyə çalışması yeni qırğınların qarşısını almaq üçündür. Qafqaz heç vaxt indiki qədər xarici dövlətlərdən azad olmayıb. İlham Əliyev ‘yeni geosiyasi reallıq yaratdıq’, deyərkən də məhz bunu nəzərdə tutur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri