Icma.az
close
up
RU
Zahid Oruc: Şəhidlər xiyabanı milli mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır

Zahid Oruc: Şəhidlər xiyabanı milli mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Xalqımız Şəhidlər xiyabanını məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu sayır. Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin dəfn olunduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır".

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, tətil dövründə Şəhidlər xiyabanında 3 əcnəbinin qeyri-etik davranışı, o cümlədən, illərdir bir sıra işğal partiyası təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi "Şəhidlər xiyabanları haqqında" xüsusi qanunun qəbulunu zəruri edir:

"Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, Milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial kompleksləri, "milli yaddaş məkanı" statusu daşıyan yerlər barədə yeni hüquqi akt Vətən müharibəsində Qələbəmizin də əbədiləşdirilməsinə töhfə olar. Qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər. Ali Baş Komandan şəhidlərimizə Şuşa kimi müqəddəs yanaşır. Lakin təəssüf ki, Şəhidlər xiyabanı kimi milli yaddaş məkanlarını da siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik deyil, milli təhlükəsizlik məsələsidir.

Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək üçün tam zəruridir. Əgər "Şəhidlər xiyabanları haqqında" qanun olsaydı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət etməzdi. Qanun xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşı canlı saxlamağa da kömək edərdi".

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri