Icma.az
close
up
RU
Bərdədə Şəhidlər xiyabanı və terror qurbanlarının xatirə lövhəsi ziyarət olunub

Bərdədə Şəhidlər xiyabanı və terror qurbanlarının xatirə lövhəsi ziyarət olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bərdə, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Bərdədə də Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub. Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəxslərin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət olunub.

Şəhidlər xiyabanında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tariximizə qızıl hərflərlə yeni zəfər səhifəsi yazdı. Bu gün tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Milli Məclisin deputatı Fatma Yıldırım çıxışında Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, onların döyüş yolunun, şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see201

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see129

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see125

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see120

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri