Icma.az
close
up
RU
Zahid Oruc Yaxın Şərqdəki vəziyyətdən DANIŞDI

Zahid Oruc Yaxın Şərqdəki vəziyyətdən DANIŞDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İkinci dünya müharibəsindən sonra qurulmuş təhlükəsizlik sisteminin çökməsi, beynəlxalq insan hüquqları bazasına dair konvensiyaların kütləvi şəkildə pozulması, yeni növ müharibələrin baş verdiyi bir dövrdə yaşadığımızın fərqindəyik. Yerləşdiyimiz regionda tərəflərarası qarşıdurma riski yaradan və geniş coğrafiyanı əhatə edən münaqişələr fonunda milli təhlükəsizlik məsələsi bütün digər hüquqi mexanizmlərdən ön plana çıxır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Zahid Oruc bildirdi.

O əlavə etdi ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsində Prezidentin səlahiyyətləri sırasında dövlətin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsi xüsusi qeyd olunur:

"İnamla deyə bilərik ki, dünya dövlətləri sırasında vətəndaşların təhlükəsiz yaşamaq hüququnu təmin edən dövlətlərdən biri məhz Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi qələbədən sonra başlanan sülh quruculuğu prosesi yerləşdiyimiz regionu əhatə edən qlobal təhlükələri aradan qaldırmaq, regional və beynəlxalq nizamı təmin etmək üçün ədalətli, hüquqi və siyasi təməl formalaşdırıb. Yaxın Şərqdə, xüsusilə İran və Ukraynanı əhatə edən gərginliklərin daha genişmiqyaslı qarşıdurmaya çevrilməməsi üçün dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, Azərbaycan hər zaman sülhsevər və dialoqa əsaslanan mövqe nümayiş etdirir. Ona görə də insan hüquq və azadlıqlarının ən böyük təminatçısı Prezident İlham Əliyevdir. Ölkə rəhbəri təkcə xalqımızın deyil, həm də beynəlxalq təhlükəsizliyin və regional sabitliyin təminatçılarından biridir.

Yaranmasından keçən 25 il ərzində Milli Məclisə təqdim olunan Ombudsman fəaliyyəti üzrə məruzələr insan hüquqları sahəsində aparılan dövlət siyasətinin indikatoru, müvəkkilin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinin icra səviyyəsinin göstəricisi olub. Məruzənin həsr olunduğu il Azərbaycan üçün milli və beynəlxalq səviyyədə tarixi uğurlarla zəngin olub. Xüsusilə konstitusion suverenliyimizin və dövlətimizin tam suverenliyinin təmin olunması, on minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışı, ilin sonunda isə Ermənistanla birgə bəyanatın qəbulu 20 mindən çox insanı əhatə edib. Hesabat ilində ölkəmizdə və regionda Azərbaycanın zəfəri ilə başlayan yeni mərhələ insan hüquqları sahəsində mühüm nəticələrlə müşayiət olunub və Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması kimi tarixi addıma zəmin yaradıb. Məlumdur ki, sülh hüququ BMT tərəfindən tanınan fundamental insan hüququdur. BMT Baş Assambleyası tərəfindən xalqların sülh hüququ haqqında Bəyannamə 1984-cü ildə qəbul olunub. Həmin sənəddə qeyd edilir ki, sülh hüququ xalqların müqəddəs hüququdur. BMT dövlətlərə və beynəlxalq təşkilatlara tapşırır ki, xalqların bu hüququnu təmin etsinlər. Bu müqəddəs hüquq Azərbaycan tərəfindən reallaşdırılan hüquqlardan biridir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri