Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Zahid Oruc:”Zəfər qanunları xalqımızı müdafiədən inkişaf”...

Zahid Oruc:”Zəfər qanunları xalqımızı müdafiədən inkişaf”...

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi və Ədliyyə nazirliyinin birgə layihəsi-Qanunvericilik bazasına əsaslanan süni intellekt dəstəkli innovativ hüquqi axtarış platforması-e-qanun-ai-nin təqdimat mərasimi keçirilib. Dövlət və hökumət təmsilçiləri, Milli Məclisin üzvləri və hüquqq ictimaiyyətin iştirakı ilə keçirilən tədbirdə Sosial tədqiqatlar Mərkəzi İdarə heyətinin sədri zahid Oruc katiblik vasitəsilə çıxışını yayıb. Onu oxuculara təqdim edirik:

Qələbə ayında, Vətən müharibəsinin başlandığı və başa çatdığı, yeni siyasi təqvimi, yeni qalib dövlət və yeni milli kimlik qazandığımız bir ayda-sentyabrda görüşürük. İki gün sonra biz təkcə torpaqlarımız uğrunda deyil, çoxəsrlik itkilər tariximizdə daşlaşdırılan, normaya çevrilən, güclü dövlətlərin zəiflər üzərində hökranlıq qanunlarına qarşı Xilaskarlıq savaşına, qələmlə deyil, alın yazısı kimi qəbul edilən qaçqınlıq, köçkünlük, məğlubiyyət aktlarına, başqaları tərəfindən imzalanan müqavilələrə və sazişlərə qarşı silahlı müqavimətə, ümumxalq mübarizəsinə başladıq. Tarixi dönüş anı-44 müqəddəs gün azərbaycanlıların yazdığı ədalət qanunudur.

Biz düşmənə qarşı təkcə hərbi texnologiyalarla yox, ilk növbədə, Konstitusiyamızla, qanunlarla, haqla, ədalətlə silahlanmışdıq. Onunla da qalib gəldik. Unutmayaq ki, son 30 ildə 100-lərlə qanunlarımıza edilən qeyd şərtlər-“Azərbaycan dövləti müəyyən ərazilərdə qoşulduğu konvensiya, protokol və digər hüquqi aktların icrasına zəmanət vermir”, əlavəsi işğalın qanunlarımız üzərində əksi idi. İndi Konstitusiyamız və qanunlarımız da o ləkədən azad olunub. Son 30 ildə qanunların natamam işlədiyi bir coğrafiyaya artıq hüquqi nizam, bütövlük və Yeni Vətən quruculuğunun ədaləti qayıdıb. Ən ədalətli Qanun doğma torpaqlarında yaşamaqdır, qurub yaratmaq, onu qorumaq və gələcək nəsillərə ötürməkdir.

İşğal dövrü qanunlarımızın da sınağı oldu. Onlar yalnız statik hüquqi aktlar deyildi, xalq müqavimətinin və dirənişinin siyasi bəyannaməsi idi.

Biz xalqımıza qarşı qəbul edilən və istər qonşu ölkələrdə, istərsə beynəlxalq təşkilatların qanunsuzluqlarından çox əziyyət çəkmişik. İndi Donald Tramp erasında ən yüksək münasibətə nail olduğumuz ABŞ-da bir vaxtlar “Azadlığa dəstək” aktı adlı qanuna edilən haqsız 907-ci düzəliş bizi on illərlə hərbi, maliyyə və humanitar yardımlardan məhrum etdi. Konqresdə onlarla qanun və qərar, o cümlədən, Avropa Şurası və Parlamentində, Avropa Məhkəməsi və digər qərb hüquqi kontorlarında aktların əliylə ölkəmizə qarşı aparılan təzyiq siyasəti iş]alı qanuniləşdirməyə xidmət edən 30 illik hüquq cinayətləri idi. O dövrdə Ulu öndər Heydər Əliyevin Konstitusiyası mübarizəmizin ən böyük hüquq qalasına çevrildi.

İndi yeni era başlanır, çünki dünyada ən ədalətli qanun bizim Zəfərimizdir. Böyük qayıdış qanunları, dönüş və quruculuq, sülh və əminamanlıq aktları İlham Əliyevin dəmir iradəsi ilə yazılır və təkcə bir xalqın deyil, bütün bəşəriyyətin ehtiyac duyduğu əhdi ətiqlərdir.

Biz qanunlar əsasında dövrün siyasi-hüquqi və ya sosial mənzərəsinə qiymət veririrk. Ona görə də Rəqəmsal İnkişaf və Ədliyyə nazirliyinin birgə yaratdığı süni intellekt əsaslı e-qanun-ai axtarış platforması ilk növbədə, elektron hökumət modelinə uyğun aparılan və qanunlarımızın reestrini formalaşdıran mütərəqqi təşəbbüs olduğu üçün alqışa layiqdir. Son bir ildə hər iki nazirlik tərəfindən istər qanunvericilik, istərsə də praktiki tədbirlər xalqımızın hüquqi mənafelərinin qorunmasına xidmət etdiyi üçün Milli Məclis, digər hakimiyyət institutları tərəfindən də dəstəklənir.

Təqdimat ilk növbədə, qanunlarımızı, hüquqi sistemimizi təkmilləşdirməyə və konstitusion islahatlara töhfədir. Süni intelelkt əsaslı e-qanun.ai platforması Azərbaycanın hüquq sistemini daha əlçatan, sürətli və dəqiq işləyən bir modelə çevirir, hüquqi axtarışları təkmilləşdirir, sürətli və keyfiyyətli tədqiqatlara imkan yaradır, yenilikləri izləyir, təkcə peşəkarlar deyil, həm də geniş xalq kütlələri üçün qanunların mürəkkəb dilini anlamağa imkan verir.

Platforma parlament və dövlətimiz üçün Rəqəmsal Köməkçiyə çevrilir. Ensiklopedik arxivlə və Biq Data ilə işləyən hər bir dövlət adamı üçün qərarqəbuletmədə müqayisəli təhlillər aparmaq üstünlüyü yaradır.

Hüquqi məlumatların inteqrasiyası zəngin və çeşidli qaynaqlara daxil olmaq imkanı verir.

Nəticədə, qanunvericilikdəki boşluqların və çətinliklərin daha asan tapılması, hüquqi qərarların şəffaflığı, effektiv dövlət idarəçiliyi və vətəndaşlarla kommunikasiya imkanları güclənəcək.

Ən başlıcası, biz Azərbaycanda qəbul edilən qanunların, sərəncamların, prezident fərmanlarının, qanunvericilik təşəbbüslərinin, hökumət qərarları və digər hüquqi aktların hard diskini-reestrini, yəni dəqiq sayını, düzgün təsnifatını, qəbul edilmə tarixini və keçdiyi evolyusion yolu təyin etməyə imkan qazanırıq.

Eyni zamanda, qanunların hansı sahələrə aid olduğunu-məsələn, cinayət hüququ, vergi qanunvericiliyi, əmək hüququ və s. təsnif etmək də asanlaşacaq.

Süni intellekt, qanunların tətbiq edildiyi tarixləri, dəyişiklikləri və əlavələri izləyə bilir. Bu, qanunvericilik aktlarının tarixçəsini müəyyən etməyə imkan verir. Qanunların hansı yenilənməyə ehtiyac duyduğunu, qüvvədən düşdüyünü və ya ləğv edildiyini online rejimində göstərir. Platforma, qonşu ölkələrlə müqayisədə Azərbaycan qanunvericiliyinin hansı sahələrdə daha inkişaf etdiyini və etməli olduğunu görməyə imkan verir.

Avropa Birliyi ölkələri ilə müqayisə edərək, Azərbaycan qanunvericiliyinin uyğunluğunu və ya fərqlərini analiz etmək, hüquqi adaptasiyanı aparmaq üçün də fürsət yaranır. Eyni zamanda, beynəlxalq hüquq standartlarını təhlil edərək, Azərbaycan qanunvericiliyinin qlobal təcrübəyə uyğunluğunu qiymətləndirmək olur. Yerli hüquq mədəniyyətinin inkişafını, hüquq sistemlərinin tarixini, qanunların tətbiqi üsullarını və hüquqi etikanı daha yaxşı başa düşməyə kömək edir.

Süni intellekt əsaslı platforma, digər ölkələrin qanunvericiliyini də öz məlumat bazasına daxil edərək, qarşılaşdırma üçün uyğun alətlər təqdim edir.

Beləliklə, biz Azərbaycan əleyhinə olan qanun və ya qərarları, xarici dövlətlər tərəfindən aparılan hüquqi tədbirləri izləyə bilərik.

İndi sülh erasına daxil oıduğumuz Ermənistanda nəinki 90-cı illər hüquqi xaosunun nəticəsi olan və işğalçılığı qanuniləşdirən Konstitusiyasını dəyişmək, o cümlədən, əleyhimizə qəbul edilən qanunlar və qərarların, məlumatların təhlili, hüquqi müqavimətimizin təşkili və beynəlxalq hüquqa uyğun addımların atılması imkanları genişlənir.

Bir sözlə platforma Azərbaycanda hüquqi cəmiyyət quruculuğu yolunda Zəfərimizin 5 ilinə mühüm töhvədir.

Ona görə də təklif edirik ki, Böyük qayıdışa və Zəfərimizin möhkəmləndirilməsinə xidmət edən qanunlar ayrıca-qələbə qanunlarımız-qalibiyyət hüquqi aktları seriyası ilə sistemdə yerləşdirilsin.

Məcburi köçkünlük və qaçqınlığa, soqırıma, faciə və itkilərə dair qanun və qərarlar göstərir ki, millət necə yaşayırsa, onun hüquq və qanunvericilik sistemi də onun əksinə çevrilir. İndi biz Konstitusion bütövlük əsrinə qədəm qoyuruq və Qələbəmizin möhkəmləndirilməsinə xidmət edən qanunlar məğlubiyyət aktlarını tarixə çevirir.

İşğala son qoyan prezident İlham Əliyevin Zəfər qanunları xalqımızı Qurtuluşdan quruculuq ideyasına, müdafiədən inkişaf fəlsəfəsinə keçirir! Biz yarımçıq suverenlikdən tam hüquqi-siyasi kimliyə qovuşuruq.

Sülhün inşası və barış Cənubi Qafqazda yeni qanunları, hüquqi münasibətləri meydana gətirəcək. Biz silahla qazandığımızı qanunlarla qorumalıyıq! Qələbəmiz 90-cı illər işğalın və ərazi iddialarının simvoluna çevrilən Ermənistan Konstitusiyasını dəyişdirir.

Biz haqqımızı savaşla bərpa etdik, indi onu ədalətlə, qanunla, Konstitusiya ilə yaşatmaq zamanıdır!

Gəlin, qanunlarımızla ucalaq!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri