Icma.az
close
up
RU
Zakir Fərəcov Şura iclası keçirdi Bu məsələlər müzakirə edildi (FOTOLAR)

Zakir Fərəcov Şura iclası keçirdi Bu məsələlər müzakirə edildi (FOTOLAR)

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıt şəhərində 2025–2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı Şura iclası keçirilib.

"Unikal" xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən iclasda mövsümlə əlaqədar şəhər təsərrüfatında görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.

İclasda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, əhalinin payız-qış mövsümündə istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin olunması, habelə kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə şəhər təsərrüfatının bütün sahələrini əhatə edən tədbirlər planı hazırlanıb və mərhələli şəkildə icra olunur.

Bildirilib ki, son illər ərzində Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində infrastruktur xeyli yenilənib, yeni kommunikasiya xətləri çəkilib, enerji və su təchizatı sistemlərinin dayanıqlığı artırılıb. Görülən tədbirlər nəticəsində şəhər əhalisinin fasiləsiz və keyfiyyətli enerji daşıyıcıları ilə təmin olunması üçün mühüm şərait yaradılıb.

İclasda qeyd olunub ki, hazırda mövsümə hazırlıq çərçivəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil müəssisələrinin istilik sistemlərinə baxışlar keçirilir, nasaz avadanlıqların təmiri və yenilənməsi istiqamətində işlər davam etdirilir. Həmçinin, “Azəriqaz”, “Azərişıq”, “Azərsu” və digər xidmət sahələri üzrə yerli struktur bölmələr tərəfindən nəzərdə tutulan təmir-bərpa tədbirləri plan üzrə icra olunur.

Müzakirələr zamanı əlaqədar qurumların rəhbərləri öz sahələri üzrə görülən işlər, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə məruzələrlə çıxış ediblər.

Şəhər rəhbəri iclasın yekununda əlaqədar təşkilatlara payız-qış mövsümünə hazırlığın qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması, mövcud infrastrukturdan səmərəli istifadə olunması, eləcə də vətəndaşların müraciətlərinə çevik reaksiya verilməsi ilə bağlı tapşırıqlarını verib.

Qeyd edilib ki, şəhər təsərrüfatının bütün sahələrinin qarşılıqlı əlaqəsi təmin ediləcək, hər bir istiqamət üzrə nəzarət mexanizmləri gücləndiriləcək və payız-qış mövsümünə hazırlıq prosesi daim diqqət mərkəzində saxlanılacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri