Zakir Həsənov qardaş ölkələrin birgə hərbi təlimini izlədi GÖRÜNTÜ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Müdafiə Nazirliyinin rəhbərliyi üç ölkənin hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü - 2026" birgə hərbi təlimində məşqlərin gedişatını izləyib.
MN-dən Modern.az-a verilən xəbərə görə, əvvəlcə rəhbər heyət təlim üzrə yaradılan vahid qərargahda birgə əməliyyatların planlaşdırılması və icrası ilə bağlı komandir heyətinin qərarlarına dair məruzələrini dinləyib.
Sonra təlim ərazisində açılan səhra hospitalında olan müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, NATO-nun 2-ci səviyyəli tibbi yardım standartlarına uyğun müasir avadanlıqlarla təchiz edilmiş mobil səhra hospitalı xəstə və yaralıların qəbuluna tam hazırdır.
Daha sonra Nazirliyin rəhbər heyəti təlim iştirakçıları üçün yaradılan sosial-məişət şəraiti və təminat məsələləri ilə maraqlanıb, yataqxanada və yeməkxanada olub.
Məruzə edilib ki, təlimin yüksək səviyyədə təşkili və hərbi qulluqçuların asudə vaxtının səmərəli keçirilməsi üçün təlim rayonlarında bütün imkanlar yaradılıb.
Sonda müdafiə naziri birgə əməliyyatların keçiriləcəyi ərazi ilə tanış olub, təlimə hazırlıq məşqlərini izləyib və təlim rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 25 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















