Icma.az
close
up
RU
Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub, atışlarda iştirak edib

Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub, atışlarda iştirak edib

Icma.az bildirir, Pravd.az-ə istinadən Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub, atışlarda iştirak edib.

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib.

Azərbaycan Respublikasının müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.

İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri