Icma.az
close
up
RU
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı”

Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı”

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən L.M ev almaq niyyəti ilə İslam Yusiflə tanış olduğunu bildirib:

"Mən ev almaq istəyirdim. Dedilər ki, "Baksol yolu"nda 650 kv 270 000- lik ev var. Gedib  baxdım, bəyəndim, elə oradaca İslamla tanış oldum. Mənə dedi ki, beh lazımdır. "Mitsibusi" markalı maşınımı və 10 000 manat pul verdim;  ümumi 30 000 manat. İpoteka götürmək istəyirdim, prosedur uzandı. İslama dedim ki,  ipoteka alınmır, borc-xərclə  55 000 beh verdim. Qalan məbləği tamamlamaq üçün ona dedim ki, məndə bağça və tədris mərkəzi var, pul əvəzi dəyişək. İslam razılaşdı. Ev bir günün içində satıldı. Ziyanımdan cəmi 15 000 ödənilib".

Təqsirləndirilən İslam Yusifov "Bu mənə dedi ki, behi on günə "aformit" edirəm. Amma eləyə bilmədi, əvəzində mənim evimin üzərinə həbs qoyuldu. İki ildir ki, bununla bağlı  məhkəmə davam edir. Dəymiş ziyana gəlincə, məhkəmə müddəti ərzində maddi ziyanı ödəyəcəm".

Növbəti proses 15 may saat 14:30- təyin olunub.

Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib.  Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.

Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Aprel 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri