Icma.az
close
up
RU
Zaman “1 ci kanal”dakı kimi göstərmir

Zaman “1 ci kanal”dakı kimi göstərmir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud “Dağlıq Qarabağ” sancısı ilə zarıyanlar barədə elegiya

Rusiya mediasında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə saymazyana münasibət motivlərinə, bir növ, öyrəncəliyik. Amma hər şey elə bundan başlayır. İnam və etimadın zədələnməsi də, səmimi münasibətlərin və əlaqələrin korlanması da. Gunahkar isə həmişəki kimi biz deyilik. İlk daş(lar) Şimaldan atılıb. Tarix boyu belə olub. Söhbət həm də işğal tarixindən gedir. O tarixin ki, “Dağlıq Qarabağ” kimi yaddaşı var.

Daşdan söz düşmüşkən, günahkar Rusiya və ölkənin nataraz ictimai rəyidir. Ancaq bu yazıda ənənəvi stereotipləri qabartmaq istəməzdik. Onsuz da Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın dövlət tribunası olan “1-ci” kanalda yayımlanmış “Zaman göstərər” (“Vremya pokajet”) verilişində ölkəmizin təhrif olunmuş xəritəsinin nümayişinə, mövcud olmayan qondarma “Dağlıq Qarabağ” ifadəsinin yer almasına sərt münasibətini açıqladı və durumu ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiya kimi qiymətləndirdi.

Arayış üçün onu da bildirək ki, ölkəmizin baş diplomatiya idarəsinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiyada dövlət televiziyasının köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativləri tirajlamasının Bakı-Moskva münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə zidd mahiyyət daşıdığını da vurğulayıb: “Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”.

Məsələ ilə bağlı izahat veriləcəkmi, zəruri tədbirlər görüləcəkmi? İnanmırıq. Ola bilər, həm “1-ci” kanaldakılar, həm də Rusiya Xarici İşlər Nazirliyindəkilər Azərbaycanın sərt mövqeyindən sonra bir-birilərinin üzünə baxıb, sanki nəyin baş verdiyini bilməyən görkəm alıblar. Axı “Dağlıq Qarabağ” Rusiya üçün fərqli anlam daşıyan məkandır.

İşğal faktını təsadüfən vurğulamadıq. Bəli, “Dağlıq Qarabağ” rus imperializminin Cənubi Qafqaz üçün yazdığı və uzun müddət qüvvəsini saxlayan aqibətdir. “Dağlıq Qarabağ” bu imperializmin məkr, qan-qada, acılar və üzüntülər üzərində regionda qalmaq ssenarisidir. Elə bir ssenari ki, rus ictimai düşüncə sisteminin yaddaşından silinmir, bir növ, sağalmaz xəstəlik kimi canlarına hopub.

Yəni “1-ci” kanalın nümayişə çıxardığı xəritə yox, xəstəliyin özüdür. Telekanal bu xəstəliyin rəzil və miskin mənzərəsini canlandırdı. Yada salaq ki, xəstəliyin ayrı-ayrı əlamətləri bir vaxtlar özünü Xankəndini “Stepanakert” adlandırmaqla biruzə verirdi. Xüsusən, 2023-cü ilin sentyabrından, yəni Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra. Axı miskinlər Qarabağ avantürasının tarixin zibilliyinə atıldığını gördülər və qəzəblərini başqa cür göstərə bilmədilər. Heç şübhəsiz, durum yenə eynidir və sonra rus ictimai rəyi Azərbaycandan hörmət gözləyir. Gözləsin, əlbəttə, hörmət xaric göstərəcəyimiz nələrsə olacaq.

Məsələn, Azərbaycan mediasında Rusiyanın, faktiki olaraq, işğal etdiyi və bu gün böyük məmləkət kimi qərarlaşmasında müstəsna pay sahibi olan türk-müsəlman yurdlarını bir-bir sadalaya bilərik. Özü də tarixi adları ilə. Amma buna da lüzum görmürük. “1-ci” kanaldakı manqurtları və onları təlimatlandıranları belə məqamlar maraqlandırmır. Axı onlar öz xəstəliklərinin dərdindədirlər. Nə deyək, olsunlar, biz də belələrini məsxərə predmetinə çevirək. Hərçənd, xəstə adamlarla məzələnməyin yaxşı hal olmadığının fərqindəyik. Amma...

“Əmmalar” həddən artıq çoxdur. Rusiyanın birbaşa dəstəyi ilə yaradılmış “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum canını tapşırıb. “1-ci” kanaldakılar ehtiyac bilsələr, onun nəşindən bir parçanı Movzaleyə mumiyalamaq üçün təqdim edə bilərik. Amma daha böyük “əmma” var. Söhbət hazırda Ermənistan adlı dövlətin, ümumən, erməni varlığının imperializmin ona hədiyyə etdiyi “Dağlıq Qarabağ”dan uzaq durmasıdır. Ona görə də “xəstələr” yoluxdurduqları erməniləri nankor adlandırırlar. Axı yanıb qıvrılırlar.

Bəli, Rusiya nə qədər çalışsa da, Ermənistanla, onun üçün biçdiyi avantüra ampluasını bərpa etməklə bağlı nəticə ala bilmir. Yaxşı olar ki, rus intellektual sistemi düşdüyü bu acınacaqlı durumun, uğradığı beyin qısırlığı aqibətindəki ağırlığın fərqinə varsın. Təkcə fərqinə varmasın, eyni zamanda, yaşananlardan ciddi nəticə çıxarsın, həmçinin, harada, hansı səhvə yol verdiyini anlamağa çalışsın, ən əsası isə xəstəliyin daha da güc gəlməsinə imkan verməsin. Axı hazırda zaman “1-ci kanal”dakı kimi göstərmir. Bu reallıqla barışmaq lazımdır, zarımaq yox.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri