XİN “1 ci kanal”ın təxribatını cavabsız qoymadı
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın "1-ci kanal"ının "Zaman göstərər" ("Vremya pokajet") verilişində mayın 6-da Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.
"Yeni Sabah" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin yerli medianın sualına cavabında bildirilib.
Onun sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Sezar pizza
"Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir. Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir", - A.Hacızadə vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 May 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















