Icma.az
close
up
RU
Zaman Rusiyanın tərəfindədir Amerikalı ekspert

Zaman Rusiyanın tərəfindədir Amerikalı ekspert

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna hökuməti son sülh planı ilə bağlı bir az təəccüblənmiş kimi görünür, çünki bu layihənin hazırlanmasında iştirak etməyib.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Qlobal Siyasət İnstitutunun prezidenti, Vaşinqtondakı Bay Atlantik Universitetinin (BAU) politologiya və beynəlxalq münasibətlər üzrə professoru Paolo Von Şirah deyib. O bildirib ki, Ukraynanı hərbi, maliyyə, siyasi və digər cəhətdən dəstəkləyən Avropa ölkələri üçün də bu, gözlənilməz olub. Onun fikrincə, indi əsas sual bu sənədin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün yaxşı bir baza olub-olmaması ilə bağlıdır.

“Bu plan ilk baxışdan Ukrayna üçün o qədər də yaxşı görünmür. Çünki əhəmiyyətli dərəcədə ərazi itkilərini qəbul etməli olacaq. Məsələ təkcə ərazi itkiləri deyil, həm də Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyətlər nəzərdə tutulub. Bununla yanaşı Ukraynanın beynəlxalq ittifaqlara, xüsusən də, NATO-ya qoşulmaq potensialı, Avropa İttifaqında iştirakının gələcəyi məhdudlaşdırılır. Yəni, Ukraynaya bir çox səviyyədə əhəmiyyətli məhdudiyyətlər olacaq. Sual budur ki, hər iki tərəfə külli miqdarda maliyyə itkinsinə və yüz minlərlə insanın ölümünə, dağıntılara səbəb olan münaqişəyə son qoya bilmək üçün yeganə yol budur? Bu, bir təklifdir və hələ bitməyib. O demək deyil ki, layihəni dəyişdirmək, düzəlişlər etmək mümkün olmasın”, - deyə ekspert əlavə edib.

O deyib ki, indiki halda vəziyyət Ukraynanın xeyrinə olmasa belə ABŞ bu məsələyə tez bir zamanda son qoymaq istəyir. Onun sözlərinə görə, bunu qəbul etmək hərbi işğalı normallaşdırır və beynəlxalq hüquq, BMT Nizamnaməsi ilə vidalaşmaq deməkdir.

“Əlbəttə ki, tamamilə fərqli bir ssenari irəli sürmək olar. Ukraynanı dəstəkləyən Qərbin səyləri ikiqat artırıla bilər. Hazırda görünür ki, zaman Rusiyanın tərəfindədir. Qərb tükənib. ABŞ Ukrayna məsələsini öz “boşqabında” saxlamaq istəmir”, - deyə amerikalı ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Noyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri