Icma.az
close
up
RU
Zamanın aynası, vaxtın ölçüsü...

Zamanın aynası, vaxtın ölçüsü...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu nadir saxlancda 3 minədək saat uyuyur

İçəri ayaq basan kimi səni bir-birindən fərqli və ahəngdar səslər qarşılayır: taq-taraq-taq... çıq-çıq-çıq...Söhbət hansısa musiqi məkanından getmir, Bakının Maştağa qəsəbəsində el arasında “Saat muzeyi” adlandırılan otaqdan gedir. Bura, həqiqətən də, ruhən dincəlmək üçün çox romantik və xoş təsir bağışlayır. Saat səslərinin sehrinə düşürsən. Hər saat bir xatirə, hər saat bir aləmdir.

Divar saatlarının səsinin əsəbləri sakitləşdirdiyini deyirlər. Hər saatın da özünəməxsus səsi var. Burada hansı saatların səsini eşitmək olar: Kreml “kurantıları”nın səsini xatırladan saat zəngi, yunan mifologiyasının illüstrasiyasından hazırlanmış saat, kilsə zəngləri üçün olan saat...Divar, qol, cib, qum saatları, stolüstü saatlar, zəngli saatlar, qədim saatlar... İsveç, Fransa, Almaniya, İran, Rusiyanın və digər ölkələrin də saatları var.

Muzeyin yaradıcısı Ramiz Əliyevdir. Ötən əsrin 70-ci illərinin axırında texniki peşə məktəblərindən Rusiyaya oxumağa göndərilən 20-dək gəncin arasında o da olub.Yekaterinburq Mühəndis Pedaqoji İnstitutunu bitirib. Bakının Dərnəgül qəsəbəsindəki 67 nömrəli liseydə peşə istehsalat təlimi ustası, müəllim, baş usta və tədris-istehsalat emalatxanasının müdiri olub, oradan da təqaüdə çıxıb.

Əslində, onda lap əvvəldən elektronikaya böyük maraq olub. Böyük oğlu Ramin dünyaya gələndə körpənin beşiyinə quraşdırdığı xüsusi mexanizm uşaq ağlayanda hərəkətə gəlir və beşiyi yırğalayırdı. Hələ 40 il əvvəl o, televizoru məsafədən idarə etmək üçün idarəedici yaradıb. Yaxud evdəki pərdələrin açılıb-bağlanılması, giriş qapıları üçün müxtəlif səsli zənglər düzəldib.

Kolleksioner məlumat verir: “Atam Əlimirzə çox yaxşı saatsaz idi. Onun vəfatından sonra xatirəsini yaşatmağı fikirləşdim. Saat kolleksiyası yığmağa başladım”. “Hər hansı saatın işləməsi üçün hansısa enerji mənbəyi olmalıdır. Yayla, istilik mənbəyi ilə, elektriklə, batareya ilə işləyənləri var. Ən müxtəlif ünvanlardan yığıb topladığım saatların içərisində hər cür üsulla işləyənləri var”.

Onun yığıb topladığı kolleksiyada mexanizmlə, batareya, şamla işləyən, hətta qum saatları da var. O, özünün düzəltdiyi və yüklə işləyən bir saatı nümayiş etdirərək deyir: “Yüklər yuxarı qalxır və onun ağırlığı sayəsində saat mexanizmi işə düşür, təxminən bir həftə işləyəndən sonra yüklər aşağı düşür və onu yenidən yuxarı qaldırmaq lazım gəlir”.

Ramiz Əliyev, təxminən, 30 ilə yaxın müddətdə saat eksponatları toplamaqla məşğul olub. Eləsi var pay veriblər, eləsi var pulla alıb, eləsi var yayarsız halda olub. Onların çoxuna özü ikinci həyat verib. Beləliklə, kolleksiyasında 3 minə yaxın saat toplanıb. Onlardan 1500-dən çoxu kişi və qadın qol saatı, 700-ə yaxını cib saatı, 200-ü divar saatı və digər saatlardır.

Kolleksiya saatları arasında çox kiçik, üzük boyda olan kiçik qadın qol saatı, “Gül bağçalar” adlanan musiqi nömrəsinin çalındığı saat da var. Burada mexanizmi taxtadan olan və tarixi 1800-cü ilə aid olan xeyli saat nümayiş olunur. Eləsi var ki, 150-200, eləsi də var 100 il əvvəlin məhsuludur. İplərin kəfgir rolu oynadığı saatlar xüsusilə böyük maraq doğurur. Təbii ki, onlar qədim saatlardır.

Burada heç yerdə olmayan saatlarla da üzləşmək olar. Həmin saatları kolleksioner özü düzəldib. Məsələn, saatlardan biri hər 15 dəqiqədən bir zəng çalır, ayı, ayın tarixini və həftənin gününü göstərir.

Önun fantaziyasına məxsus olan digər bir saat da maraq doğurur. Saatın ortasında əlində çubuqlar olan xanım təsviri var. Əslində çubuqlar əqrəbləri əvəz edir, onlardan biri saatı, digəri isə dəqiqəni göstərir.

Kolleksiyadakı cib saatları da baxımlı və maraqlıdır. Xromometri, repitri, gün və ay göstəricisi olan cib saatları çox maraqlıdır. Həmin saatların əksər hissəsinin içərisi gümüşdəndir. Divar saatlarının arasında hətta quş səsi çıxaranı da var. O da maraqlıdır ki, sayı minlərlə ölçülən mexanizmlərin içərisində biri o birinin təkrarı olan bir saat da yoxdur. Eyni markalı saatlar olsa da, hər birinin özünəməxsusluğu və fərqliliyi var.

İçərisində Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin, marşal Jukovun və ayətüllah Xomeyninin şəkilləri olan saatları da burada görmək mümkündür.

“İndi hər yerdə “yaşıl enerji”dən, alternativ mənbələrdən geniş istifadə etməklə bağlı axtarışlar aparılır. Mən də Günəş, külək və su enerjisi ilə işləyən saat mexanizmləri düzəltmək barədə düşünürəm. Daha bir arzum isə yaratdığım kolleksiyaya muzey statusu almaqdır. Bunu edə bilsəm, bu, ölkəmizdə ilk “Saat muzeyi” olacaq”, – deyə Ramiz Əliyev arzusunu ifadə edir.

Hərəsinin öz iş prinsipi və səsi olan saatlar dünyasından ayrılmaq çətindir. Hətta onu tərk edəndən sonra da könülə, ruha rahatlıq gətirən səslər qulağımda səslənir: tıq-tıq-tıq, çıq-çıq-çıq...

Süleyman QARADAĞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri