Icma.az
close
up
RU
Zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya

Zamanın tələbi, xalqın istəyi ilə yaranan partiya

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsasında saxlayan Yeni Azərbaycan Partiyası bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. 1992-ci il noyabrın 21-də təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün minlərlə üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çox yüksək səviyyəli və uğurlu siyasətin gələcəyinə inamın göstəricisidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın 33 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan şanlı partiyamız qələbələr partiyası kimi nüfuz qazanmış, cəmiyyətdə rolunu daha da artırır. Yeni Azərbaycan Partiyası populist vədlərdən uzaq olduğunu atdığı addımları, əldə etdiyi nailiyyətləri ilə təsdiqləyir. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir.Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artdı, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişləndi. Müstəqil Azərbaycanın və ən güclü siyasi təşkilatın - Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müdrik və düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxardı. Partiyanın sədri, Ölkə başçısı cənab İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri ən üst səviyyədə həyata keçirdi. Bu müddət ərzində Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirildi, eyni zamandan beynəlxalq arenadakı nüfuzumuz yüksəldi. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Şanlı partiyamız öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.Yeni Azərbaycan Partiyasının təsisindən keçən illər göstərdi ki, dövlətçilik ideyası, milli həmrəylik və vətənə sədaqət üzərində qurulan siyasi yol əbədidir. Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin zirvəyə daşıdığı bu siyasi irs bu gün də Azərbaycanı sabitlik, inkişaf və Zəfər məntiqi ilə idarə edir. Yeni Azərbaycan Partiyası xalqın inamını dövlətin gücünə çevirən, milli iradəni siyasi strategiyaya dönüştürən, suverenliyimizin əbədi rəmzidir. Xalqımız Partiyamızın bu fədakar xidmətlərini, onun şərəfli və keşməkeşli tarixini heç vaxt unutmayacaq, əksinə gələcək fəaliyyətində tarixi təcrübə hesab edəcəkdir. Çünki Yeni Azərbaycan Partiyası xalqımızı xaosdan, vətəndaş müharibəsindən, fəlakətdən qurtararaq, erməni faşizmi üzərində əfsanəvi qələbə qazanıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər həm bölgədə, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizdə son illərdə bütün sahələrdə çox sürətlə uğurlu islahatlar həyata keçirilir. Bu islahatların uğurlu nəticələrinə görə respublikamız dünyada islahatçı dövlət kimi tanınır.Bütün sahələri əhatə edən islahatlar sözsüz ki, ölkəmizin siyasi həyatından da yan keçə bilməzdi. Ulu Öndər Heydər Əliyevin xeyir-duası və müdrikliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində VII qurultayının keçirilməsi ölkə həyatı üçün mühüm ictimai-siyasi hadisə hesab edilir. Bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar və tarixi hadisələrin baş verdiyi, eləcə də əsaslı islahatların həyata keçirildiyi dövrdə baş tutdu. Son illərdə çoxpartiyalı olan ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiyanı da məhz bu islahatların tərkibi kimi qəbul etmək lazımdır. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ideoloji mərkəzi, xalqın milli həmrəyliyinin dayağı, müstəqil siyasətin simvoludur. Partiya dövlətin gücünü xalqın iradəsindən alır, onun məqsədi təkcə bu günü idarə etmək deyil, gələcək nəsillərə suveren, müasir və rifah içində Azərbaycan miras qoymaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya özünü daim yeniləyir, gəncləşir, müasir siyasi kommunikasiya vasitələri ilə xalqla ünsiyyət qurur. Bu da Yeni Azərbaycan Partiyasını zamanla ayaqlaşan, gələcəyi yönləndirən siyasi gücə çevirir.

Elşən Əzizov
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri