Icma.az
close
up
RU
Praqada yeni vağzal zamanın tələbi

Praqada yeni vağzal zamanın tələbi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Praqa, 25 avqust, AZƏRTAC

Son illər Çexiya paytaxtı dinamik inkişaf edir, şəhərin strukturu zamanın cari trendlərinə əsasən əhalinin tələbatına uyğunlaşır.

AZƏRTAC xəbər verir ki, yaxın vaxtlarda paytaxtda Praqa-Bubni vağzalının açılışı baş tutub. Vağzal Vatslav Havel adına hava limanından keçməklə Praqadan Kladnoya aparan yeni, müasir yolun dayanacaqlarından birinə çevrilib.

Artıq bu gün Çexiya mediası bu ay açılmış dayanacağın əhəmiyyətindən yazır. Əgər hələ bir neçə il əvvəl şəhərdən hava limanına elektrik qatarı ilə getmək arzusu olduqca qeyri-real görünürdüsə, bu gün artıq reallığa çevrilir. Praqa-Bubni – Praqa-Vıstavışte dəmir yolu xəttinin müasirləşdirilməsi paytaxtı Mərkəzi Çexiya bölgəsinin ən iri şəhəri olan Kladno ilə birləşdirəcək layihə çərçivəsində həyata keçirilib.

Yeni obyekt son 40 ildə Praqada açılan ilk vağzal olub. Praqa-Bubni dəmir yolu stansiyası tarixən bir neçə yüz metr kənarda yerləşib və bu bina bugünədək qorunub saxlanılıb. Lakin Dəmir Yolları Administrasiyası vağzalı Vltavska metro stansiyasına daha yaxın əraziyə köçürmək qərarına gəlib və indi onlar birləşdirilib. Bu, Praqa daxilində qatardan digər nəqliyyat növlərinə keçidi daha rahat edəcək.

Vağzal binası dəmir-betondan tikilib. Alt hissədə mağazalar yerləşən açıq məkan var, oradan pilləkənlər və liftlər vasitəsilə dörd platformaya qalxmaq mümkündür. Dəmir yolu xətləri burada birbaşa binanın içindən keçir.

Platformalar üzərində isə daha bir məkan - şəffaf keçidləri olan terras yerləşir. Lakin ora aparan göstəricilərin olmasına baxmayaraq, terras ictimaiyyət üçün bağlıdır və Dəmir Yolları Administrasiyası hələlik onu açmağı planlaşdırmır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri