Zaminlik müqaviləsi nədir və hansı məsuliyyəti yaradır? VİDEO
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaminlik müqaviləsi bağlayan vətəndaşlar çox zaman bunun nə qədər ciddi hüquqi və maliyyə riskləri daşıdığını nəzərə almırlar. Mütəxəssislər bildirirlər ki, bu məsuliyyətsizlik sonradan ağır nəticələrə səbəb ola bilər.
İTV-yə danışan hüquqşünaslardan biri qeyd edir ki, zaminlik formal xarakter daşımır:
"Zamin olan şəxs bilməlidir ki, əsas borcalan ödənişi etmədiyi anda bank birbaşa zaminə müraciət edir. Bu zaman zamin borcun tam məbləği üzrə məsuliyyət daşıyır".
Ekspertin sözlərinə görə, bir çox hallarda vətəndaşlar yaxınlıq və ya etibar səbəbi ilə sənədi oxumadan imzalayırlar:
"Ən çox rast gəlinən problem odur ki, insanlar "sadəcə zamin dururam" düşüncəsi ilə müqaviləni imzalayırlar. Halbuki bu, borcalanla eyni hüquqi məsuliyyət deməkdir".
Süjetdə həmçinin qeyd olunub ki, borc öhdəlikləri yerinə yetirilmədikdə zaminin maaşından tutulmalar aparıla, bank hesabları dondurula və məsələ məhkəməyə qədər gedib çıxa bilər.
Çıxış edən digər mütəxəssis isə vətəndaşlara çağırış edib:
"Zaminlik müqaviləsində borcun məbləği, müddəti və mümkün risklər diqqətlə öyrənilməlidir. Əgər şübhə varsa, mütləq hüquqi məsləhət alınmalıdır".
Qeyd edək ki, son illər zaminlik müqavilələri ilə bağlı yaranan mübahisələr və məhkəmə çəkişmələrinin sayı artıb. Mütəxəssislər bu səbəbdən vətəndaşları zamin durmazdan əvvəl ciddi şəkildə düşünməyə çağırırlar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
İTV-yə danışan hüquqşünaslardan biri qeyd edir ki, zaminlik formal xarakter daşımır:
"Zamin olan şəxs bilməlidir ki, əsas borcalan ödənişi etmədiyi anda bank birbaşa zaminə müraciət edir. Bu zaman zamin borcun tam məbləği üzrə məsuliyyət daşıyır".
Ekspertin sözlərinə görə, bir çox hallarda vətəndaşlar yaxınlıq və ya etibar səbəbi ilə sənədi oxumadan imzalayırlar:
"Ən çox rast gəlinən problem odur ki, insanlar "sadəcə zamin dururam" düşüncəsi ilə müqaviləni imzalayırlar. Halbuki bu, borcalanla eyni hüquqi məsuliyyət deməkdir".
Süjetdə həmçinin qeyd olunub ki, borc öhdəlikləri yerinə yetirilmədikdə zaminin maaşından tutulmalar aparıla, bank hesabları dondurula və məsələ məhkəməyə qədər gedib çıxa bilər.
Çıxış edən digər mütəxəssis isə vətəndaşlara çağırış edib:
"Zaminlik müqaviləsində borcun məbləği, müddəti və mümkün risklər diqqətlə öyrənilməlidir. Əgər şübhə varsa, mütləq hüquqi məsləhət alınmalıdır".
Qeyd edək ki, son illər zaminlik müqavilələri ilə bağlı yaranan mübahisələr və məhkəmə çəkişmələrinin sayı artıb. Mütəxəssislər bu səbəbdən vətəndaşları zamin durmazdan əvvəl ciddi şəkildə düşünməyə çağırırlar.
Bu mövzuda digər xəbərlər:Banklar zaminlik və girov şərtlərini çətinləşdirir? AÇIQLAMA
18 Sentyabr 2025 16:25
Dələduzluq hansı halda cinayət məsuliyyəti yaradır? AÇIQLANDI
07 Aprel 2025 16:28
İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO
29 Oktyabr 2025 08:36
İrakli Kobaxidze prezidenti xəbərdar edib: “Bu cinayət məsuliyyəti yaradır”
22 Dekabr 2024 15:27
Sülh müqaviləsi belə paraflandı VİDEO
09 Avqust 2025 13:34
Baxış sayı:66
Bu xəbər 11 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















