Icma.az
close
up
RU
Zamiq Əliyev: Bəlkə də həmin səhvə görə milli karyeram sual altına düşdü, hər kəsdən üzr istəyirəm MÜSAHİBƏ

Zamiq Əliyev: Bəlkə də həmin səhvə görə milli karyeram sual altına düşdü, hər kəsdən üzr istəyirəm MÜSAHİBƏ

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyev Sportal.az saytına müsahibə verib. 

- Azərbaycan milli komandası iki yoxlama görüşü keçirdi və hər iki matçda məğlub oldu. Yəqin ki, Albaniyadan toplanışa gələndə pozitiv fikirlər haqda düşünürdün? Hər iki görüşdə məğlub olacağınızı düşünmürdün?

- Təbii ki, məğlubiyyət haqda düşünmürdüm. İnanmıram ki, hansısa futbolçu matçdan öncə məğlubiyyət barədə düşünsün. Üstəlik, bura milli komandadırsa, bu cür düşüncədən söhbət gedə bilməz. Hamımız uğuru nəticə haqda düşünürdük və istəyirdik.

- Haitiyə məğlubiyyətdən sonra tənqidlər çox oldu. Bu görüşdən sonra Belarus matçına toparlanmaq, psixoloji olaraq hazır olmaq çətin idi? Belarusla görüşdə qələbə qazanacağınıza çox inanırdınız?

Son turlarda qələbəmiz olmadığına görə bu, futbolçular üzərində istər-istəməz təzyiq yaradır. Amma buna baxmayaraq, Belarusla matçda qələbə qazanacağımıza və bu uğursuz seriyaya son qoyacağımıza inanırdıq. Lakin təəssüf ki, bu bizdə alınmadı.

- Belarusa qarşı start heyətində meydana çıxmışdın, əslində oyuna yaxşı da başlamışdın. Lakin ikinci hissədə meydançanın mərkəzində texniki səhvə yol verdin və qapımızda qolla nəticələndi. Həmin vəziyyəti necə şərh edərdin?

İnanın ki, səmimiyyətimə bütün futbol həyatım boyu milli komanda ilə start heyətində oyuna çıxmağı gözləmişəm. Bilirsiniz ki, debütüm çox uğursuz alınmışdı. İsveçlə oyunda sonradan oyuna daxil olaraq kobud səhvə yol vermişdim. Bu da məni çox sarsıtmışdı. daim gözümün önünə də gəlirdi. Əslində, sizin də dediyiniz kimi, oyuna pis başlamamışdım və səhv olana qədər oyunum normal idi. Lakin bir səhvlə hər şeyin üstündən xətt çəkdim. Bəlkə də bu səhvə görə milli karyeram sual altına düşdü. Heç bilmirəm necə şərh verim. Deyiləcək sözüm də yoxdur. Hər kəsdən üzr istəyirəm. Bu an həyatım boy kabus kimi mənimlə qalacaq.

- Fernandu Santuş matçdan sonra mətbuat konfransında sənə dəstək olmalı olduğumuzu bildirsə də, halbuki həmin səhvdən bir neçə dəqiqə sonra özü səni əvəzlədi. Santuşun səni əvəzləməsi özün üçün pis təsir etmədiki?

Onsuz da o səhvi edəndən sonra sanki dünya başıma yıxıldı və əvəzlənməyim də normal idi. Mənə milli komandada ilk şansı verən Fernandu Santuş olub. Ona hər zaman minnətdar olacam və mətbuat konfransında dediyi sözlər üçün də baş məşqçimizə təşəkkürümü bildirirəm.

- Azərbaycan milli komandası görünür ki, çox çətin durumdadır və oyunlar keçdikcə vəziyyət daha da ağırlaşır. Milli bu durumdan necə çıxacaq? Sizə kim və ya nə kömək ola bilər? 

Heç bilmirəm bu haqda nə deyim. Sadəcə onu deyə bilərəm ki, biz futbolçular olaraq daha məsuliyyətli və daha istəkli olmalıyıq. Texniki səhv futbolda hər zaman olur. Bunu istək və xarakter göstərərək kompensasiya edə bilərik.

- Artıq millinin toplanışı başa çatdı. "Eqnatiya"ya yollandın. Millidəki uğursuz nəticələr, azarkeşlər və futbol ictimaiyyətinin təzyiqi klubdakı performansına təsir etməyəcəkki?

Bəli, artıq Albaniyadayam. Sabah klubun düşərgəsinə qoşulacam. Çalışacam ki, həmin epizod buradaki çıxışıma təsir etməsin. Amma bunu bir anda unutmaq o qədər də asan olmayacaq.

- Azərbaycan milli komandasını 2026-cı il dünya çempionatının seçmə mərhələsində bütün rəqibləri bəllidir: Ukrayna, İslandiya və Fransa. Bu qrupda məqsəd, hədəf nə olacaq? Səncə, xal qazanmaq mümkün olacaq?

Rəqiblərimizin gücü və səviyyəsi hər kəsə bəllidir. Ancaq düşünürəm ki, xal qazanmaq mümkün olacaq. Xalsız qalacağımızı düşünmürəm.

- Fransa millisinə 20 il əvvəl "Oser faciəsi" ilə qarşılaşmışdıq. Azarkeşlər və futbol ictimaiyyəti bu dəfəki qarşılaşmadan da çox narahatdır. Səncə, həmin oyuna qədər vəziyyəti dəyişib, hər şeyi daha yaxşıya doğru aparıb, Fransa ilə görüşdə layiqli nəticə əldə etmək mümkün olacaq?

Bu haqda indidən nəsə demək çətindir. Fransa dünyanın ən güclü 5 yığmasından biridir. Onlara qarşı oynamaq dünyadakı bütün millilər üçün çətindir. Futbolda hər zaman sürprizlər olur. Ümid edirəm ki, onlardan birini də biz gerçəkləşdirərik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Mart 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri