Zaqatalada qəzada yaralananların SON DURUMU FOTO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Ötən gecə Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində marşrut mikroavtobusu ilə “Mercedes Vito” sərnişin nəqliyyat vasitələri toqquşmuş, xeyli insan yaralanmışdı.
Bəs yaralıların son durumu necədir?
Bu barədə Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (5 kişi, 4 qadın) Xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda bir nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Zaqatala şəhərindən toydan qayıdan zaman baş verib.
Qəza ilə bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


