Icma.az
close
up
RU
Zaur Baxşəliyev: “Yeganə yerdir ki, məktəb səmimidir, safdır VİDEO

Zaur Baxşəliyev: “Yeganə yerdir ki, məktəb səmimidir, safdır VİDEO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Tanınmış televiziya aparıcısı Zaur Baxşəliyev sosial şəbəkə hesabında paylaşdığı videoda məktəb illərini xatırladıb və 53 nömrəli tam orta məktəbə etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb.

Avtosfer.az xəbər verir ki, Zaur Baxşəliyev qayınının oğlunun həmin məktəbdə oxuduğunu və futbol üzrə qazandığı uğura görə ona söz verdiyini bildirib. Aparıcı həmin səmimi anları izləyicilərinə belə çatdırıb:

"Gəlin görün, yanımda olan bu göyçək oğlan kimdir. Bu göyçək oğlan mənim qayınımın oğludur. Özü də 53 nömrəli məktəbdə oxuyur. Futbolda qazandığı uğura görə ona söz vermişdim ki, məktəbə özüm aparacağam. O da deyirdi ki, 'Zaur əmi, bizim məktəbə gəl də, qoy görsünlər sən bizim qohumusan'.

Bu gün məni 53 nömrəli məktəbə gətirən səbəb məhz Əli oldu. Futbolda qazandığı uğurlarla bizi sevindirən Əlinin oxuduğu məktəbi yaxından görmək istədim. Əlini sinfə yola saldım, amma məktəbdən ayrılmaq istəmədim. Dəhlizdə əsl məktəb həyatı yaşanır: kimi dərsə tələsir, kimi dostları ilə söhbətləşir. Uşaqların səliqəli, vahid məktəbli geyimində olmaları mənə öz məktəb illərimi xatırlatdı.

O illər üçün darıxmışam. İndi uşaqlara baxıram və düşünürəm ki, məktəb hələ də yeganə səmimi və saf yerdir. Bizim vaxtımızda da belə idi. O illərin öz gözəlliyi, öz ab-havası vardı. İllər keçib, məktəblərimiz müasirləşib, amma məktəbin əsas missiyası dəyişməyib: uşaqlara bilik vermək, onların şəxsiyyət kimi formalaşmasına kömək etmək.
Bu uşaqlara baxıram, hamısı eyni məktəbin şagirdidir, lakin hərəsinin öz dünyası, öz düşüncəsi və arzusu var.

Uşaqların vahid məktəbli geyimində olması çox yaxşı haldır. Belə olan surətdə sosial statusla bölgü aparılmır, uşaqlar geyimlərinə, aksesuarlarına görə deyil, yalnız biliklərinə görə qiymətləndirilir. Buna çox müsbət yanaşıram."

Tanınmış aparıcı qeyd edib ki, uşaqların müxtəlif arzularının olması – kiminin həkim, kiminin müəllim, kiminin isə Əli kimi uğurlu idmançı olmaq istəməsi məktəbin əsl gözəlliyini üzə çıxarır. O, şagirdləri ortaq dəyərlərin birləşdirdiyini, fərqli düşüncə və istedadların isə onları gələcəyə apardığını vurğulayıb./nocomment.az

bax.tvhttps://player.bax.tv/embed/227771.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Oktyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri