Icma.az
close
up
RU
Zaur Əliyev: Biz elmdə zamandan çox geridə qalırıq

Zaur Əliyev: Biz elmdə zamandan çox geridə qalırıq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Bu sahədə islahat aparılmalı, lazımsız adlar aradan qaldırılmalı, elmin gəncləşməsinə dəstək verilməlidir”

“Biz “elmlər doktoru” prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında yazılar nəşr etdirməyə, kitablar yazmağa, elmi dünyaya çıxarmağa sərf etməliyik”

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə olduğu barədə çıxış edib.

O, bu mərhələnin müasir elmi-tədqiqat sistemində səmərəsiz olduğunu və gənc alimlərin inkişafına maneə yaratdığını bildirib.​

Məmmədli qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə elmlər doktoru mərhələsi mövcud deyil və bu, elmi karyeranın inkişafına mənfi təsir göstərmir. O, Azərbaycanda da bu mərhələnin ləğv olunmasının elmi fəaliyyətin keyfiyyətini artıracağını və gənc alimlərin daha tez bir zamanda professorluq dərəcəsinə çatmasına imkan yaradacağını vurğulayıb.​

Bu fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi ekspertlər və sabiq deputatlar da elmlər doktoru dərəcəsinin ləğv olunmasının zəruriliyini qeyd ediblər. Onlar hesab edirlər ki, bu addım elmi sistemin sadələşdirilməsinə və gənc alimlərin motivasiyasının artırılmasına xidmət edəcək.​

Hazırda bu məsələ ilə bağlı rəsmi qərar qəbul edilməsə də, müzakirələrin davam etdiyi və elmi ictimaiyyətin rəylərinin nəzərə alındığı bildirilir.

Təhsil eksperti Etibar Əliyev sosial media hesabında  qeyd edib ki, Nicat Məmmədlinin bu fikri geniş dəstək almalıdır. O qeyd edib ki, bu mərhələ Sovet elmindən bizə qalmış yadigardır. E.Əliyev həmçinin nazir müşavirinin tarixə ekskursiya edərkən bir sıra yanlışa yol verdiyini qeyd edib.


Tarixçi-alim Zaur Əliyev isə Sherg.az-a açıqlamasında deyib ki, Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq yoxdur, yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər:


 ““Fəlsəfə doktoru” elmi dərəcəsinin sahibi yalnız filosof deyil, həm də müxtəlif elm sahələrinin nümayəndələri - riyaziyyatçı (fizik, bioloq, kimyaçı, hüquqşünas, ədəbiyyatçı, dilçi və s.) da ola bilər. Bir sözlə, Avropada doktoranturanın ikinci pilləsi - elmlər doktoru üzrə qəbul artıq keçirilmir. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb. Rusiya və Azərbaycanda eyni qalan da Ali Attestasiya Komissiyasıdır (AAK). Xaricdə elmi adları universitetlər verir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır. AAK-a göndəriləcək sənədlərin səhifə sayının dissertasiyanın öz həcmindən az olması yalnız təəccüb doğuracaq hal olar. Dissertasiya səhifələrinin sayı humanitar elmlər üçün ən azı 230-250 səhifə olmalıdırsa, (texniki elmə aid dissertasiyalarda bundan az da ola bilər), AAK-a göndərilən sənədlərin ümumi səhifəsi çox zaman 170-180 və daha artıq olur. Keyfiyyətdən çox kəmiyyətin qayğısına qalan AAK-ın dissertasiyanın ikinci müzakirə, müzakirələrdən sonrakı seminar və müdafiə protokollarına qoyulan tələbləri də, şübhəsiz bununla izah olunur. Həmin protokolların mətnindən çox, onun neçə səhifədən ibarət olması əsas tutulur.

Səhifələrin sayı AAK-ın son qərarına görə 15-dən az olmamalıdır. Təsəvvür edin ki, dissertasiya işin 250 səhifədir, ilkin müzakirədən iki rəy, sonrakı müzakirədən iki rəy, seminardan iki rəy, üstəgəl, avtoreferatlara rəylər, müdafiədən sonra rəylər, protokol, protokoldan çıxarış, protokola rəy və sairə proseslərdən sonra 200 səhifəyə yaxın sənədlər alınır. Bura məqalələrin surətini və digər sənədləri əlavə eləsək, AAK sadəcə, insanların əsəbi və cibi ilə oynayan şərtlərlə işini aparır”.

Z.Əliyev həmçinin qeyd edib ki, protokolları hazırlayan elmi dərəcə namizədləri bir həftə ərzində eyni protokolu 5-6 dəfə dəyişmək, yenidən işləmək məcburiyyəti qarşısında qalırlar: “AAK-nın “peşəkar mütəxəssisləri” bu və ya digər başlığın bu və ya digər cümləsindəki sözünün yazılışı üzərində dəfələrlə düşünərək, qəti qərara gəlməkdə çətinlik çəkdikləri üçün nümunə nüsxələri də tez-tez dəyişirlər. Fəlsəfə doktoru və elmlər doktoru prosesi də demək olar ki, eynidir, sadəcə elmi işin həcmləri, məqalələrin sayı və ən əsası xaricdə çoxsaylı məqalələr.

Azərbaycan elmində lazımsız mövzular, lazımsız araşdırmalar o qədər çoxdur ki.... Elm yenilik sevir!  Bir mövzunu ora-bura çevirib, neçə adam müdafiə etməlidir axı?

Mən tədqiqat aparıram və nəticəsini elmi jurnallarda dərc etməliyəm. İndi sanballı elmi jurnallarda məqalə çap etmək üçün ən azı 80-100 manat pul ödəməlisən. Bizdə sanballı jurnallar çox azdır, xüsusən ictimai və humanitar sahədə. Onlar da pul almasalar, çap edilə bilmirlər, çünki maliyyə ayrılmır. Ən azı 15-20 məqalə çap etməliyəm, üstəgəl də, xaricdə sanballı jurnallarda məqalə dərc etməyi tələb edirlər. Orada da ödəniş ən azı 150 dollardan 1000 dollara qədər tələb edilir. Humanitar və ictimai elmlər üzrə nəşr edilən xarici jurnallarda bizim ölkə alimləri pulsuz dərc edə bilmirlər.

Sonra elmlər doktoru dərəcəsini almaq üçün konfranslarda tezis və yazılarımız dərc edilməlidir. Bu da gedib iştirak etməsən, ən azı 50 manat edir. Bəzi nüfuzlu konfranslarda dərc edilmək 100 dollardan yuxarıdır. İkincisi, mən xaricdə arxivlərdən sənəd almalıyam, sənədin bir vərəqinin surəti 1 avrodan 10 avroya qədər dəyişir. Yaxşı kitablar almalıyam, yeni dərc edilən kitabların təkcə elektron variantı 26 dollardan üzüyuxarı gedir. Almalıyam ki, dünya alimlərinin əsərləri ilə tanış olub, onlardan yeni nəsə öyrənmək olsun. Almasan, oxumasan da, sən özünə savadlı alim deyə bilməzsən. Arxiv sənədləri istifadə etməsən, sənin tədqiqatın heç nədir. Sadəcə söz yığnağı olur. Fakt mühüm əhəmiyyət kəsb edir müasir elmdə. Dünya elmi faktlar yazdığına görə səni qəbul edir. Sonra mən bir alim olaraq kitab yazmalıyam, yazıram 100 kitab, ən azı 500 manata çap edilir. Banka borca girib ayda o krediti ödəməliyəm ki, kitab dərc edilsin.

Hələ xırda xərcləri çıxsaq, Elmlər doktoru elmi dərəcəsini almaq üçün ən azı alimə 10 minə qədər pul lazımdır. Sonra isə müdafiə prosesində sənəd işlərinə də 2 min manat. Niyə mən bu qədər pulu verib elmlər doktoru elmi dərəcəsi almalıyam ki, sonda 60 manat fəlsəfə doktoru elmi dərəcəmə +40 manat əlavə ediləcək?

Azərbaycanda son 10  ildə “elmlər doktoru” adını alanların siyahısına baxsanız, görərsiniz ki, elmlər doktorunu qoruyub saxlamaq kimlərə sərf edir”.


Bizim elmdə zamandan çox geridə qaldığımızı vurğulayan alim qeyd edib ki, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik: 

“İnkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olanlar Azərbaycanda elmi adların verilməsində SSRİ-nin qalıqlarını qorumaqda davam edirlər.

Biz dövlət başçısına ümidliyik, elm sahəsində islahat aparılmalı, lazımsız adlar aradan qaldırılmalı, elmin gəncləşməsinə dəstək verilməlidir. Biz “elmlər doktoru” prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında yazılar nəşr etdirməyə, kitablar yazmağa, elmi dünyaya çıxarmağa sərf etməliyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri