Azərbaycanda bu şəxslər üçün 10 milyon manatdan çox pul ayrılacaq
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda sosial xidmət müəssisələrinin sakinlərinin qida təminatının yaxşılaşdırılması istiqamətində növbəti addım atılır.
Sitat.info Trend-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sözügedən müəssisələrin sakinlərinin hazır yeməklərlə təmin edilməsi üçün yeni müqavilə imzalayacaq.
Layihə çərçivəsində Bakı, Gəncə, Şəki, Lənkəran, Göygöl, Şamaxı, Abşeron və Qobustan rayonlarında yerləşən müxtəlif psixonevroloji müəssisələr, uşaq evləri, ailə tipli kiçik qrup evləri, ahıllar evi, sosial adaptasiya və reabilitasiya mərkəzləri bu proqramdan yararlanacaq.
Ümumilikdə minlərlə sakin bu layihə çərçivəsində dövlət tərəfindən təşkil olunan hazır qida təminatı ilə əhatə olunacaq.
Dövlət xidməti sözügedən qrupa aid şəxslərin qida təminatına 10,3 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Bu addım sosial rifahın gücləndirilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin təmin olunması və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin davamlı qayğısının növbəti təzahürüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 01 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















