Zaur Mikayılov Qaxda vətəndaşlarla görüşdü Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Qax, Şəki və digər rayonlardan olan vətəndaşları qəbul edib, ərizə və şikayətlərinə baxıb.
“Qafqazinfo” xəbər verir ki, Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















