Zaxarova Blinkenin ABŞnin Ukraynanı müharibədən öncə silahlandırdığına dair açıqlamasına münasibət bildirib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonun Kiyevi Ukraynada müharibə başlamadan xeyli əvvəl silahlandırdığı barədə sözlərinə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova Rusiyanın uzun illərdir bu barədə dediyini söyləyib.
"ABŞ və Britaniya tərəfindən Ukraynanın silahlarla təchiz olunması və Rusiya sərhədlərini pozaraq Qara dənizdə NATO-nun saysız-hesabsız təlimləri və Qərb ölkələrinin hərbi təyyarələrinin bizim hava məkanımıza təhlükəli yaxınlaşması haqqında uzun illərdir deyirik. Əslində, buna görə də xüsusi hərbi əməliyyatın məqsədlərindən biri Ukraynanı demilitarizasiya etmək və ölkəmizin təhlükəsizliyini təmin etməkdir”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, Blinken ölkəsinin Kiyev hakimiyyətini hələ Ukraynada müharibə başlamamışdan əvvəl silahla təchiz etdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 04 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















